Page 20 - Kaspi Təhsil Şirkəti 2018
P. 20
· Dünyagörüşün genişləndirilməsi üçün liseydə Azərbaycanın alim və ictimai xadimləri ilə
görüşlər keçirilir və onların həyat və təcrübələri şagirdlərlə paylaşılır
· Şagirdlərin sosial inkişafı üçün müxtəlif tarixi-mədəni yerlərə ekskursiyalar təşkil olunur,
müxtəlif elmi və mədəni müsabiqələr keçirilir
Təlim-tərbiyə və psixoloji fəaliyyət
Şagirdlərin fərd kimi formalaşmasında,
cəmiyyətimizə, millətimizə və dövlətimizə
yararlı bir vətəndaş kimi yetişməsində
şagirdlərlə aparılan psixoloji və tərbiyəvi
işlər böyük önəm daşıyır. Şagirdlərlə yanaşı
müəllim və valideynlərlə təcrübəli
psixoloqlar işləyir.
· Müxtəlif yaş qruplarına aid qrup
seminarları keçirilir.
· Fərdi psixoloji seanslar təşkil olunur.
X və XI siniflər üzrə işin təşkili
X və XI sinif dövrü məktəb, şagirdlər,
həmçinin valideynlər üçün həyəcanlı,
həssas və eyni zamanda çox məsuliyyətli bir
dönəmdir. Ona görə də məktəbimizdə X və XI siniflərlə bağlı xüsusi tədris proqramı və gün
rejimi haırlanmışdır. Bu proqram şagirdlərimizin X sinifdən etibarən seçdikləri ixtisas
istiqamətində həm yerli, həm də xarici universitetlərə hazırlığını əhatə edir.
· X və XI sinif şagirdlərinin hazırlıq səviyyələrinin müəyyən edilməsi məqsədi ilə günlük,
həftəlik, aylıq kuiz və imtahanların təşkili
· Gün rejiminin tədrisin tələbinə uyğun olaraq uzadılması
· Ofis saatlarının təşkili (Fərdi hazırlıq metodu).
www.kaspi.edu.az

