Page 18 - Kaspi Təhsil Şirkəti 2018
P. 18
KASPİ LİSEYİ
Kaspi Liseyi 2014-cü ildən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində
yerləşən filialı ilə fəaliyyətə başlayıb. Yüksək keyfiyyəti ilə seçilən Kaspi
Liseyinin müsbət təcrübəsini və əhalinin keyfiyyətli təhsillə bağlı tələbatını nəzərə alan “Kaspi”
Təhsil Şirkəti 1 il sonra, 2015-ci ildə Bakının Xətai rayonu ərazisində Kaspi Liseyinin Ağ şəhər
filialını istifadəyə verib. Liseyimizin Bakıxanov filialında bütün təhsil pillələri üzrə Azərbaycan,
Ağ Şəhər filialında isə Azərbaycan və rus bölmələri üzrə tədris həyata keçirilir. Kaspi Liseyi qısa
müddət fəaliyyət göstərməsinə baxmayaraq ötən dövr ərzində tədris və digər fəaliyyətlər
üzrə müxtəlif nailiyyətlər əldə etmişdir.
Kaspi Liseyi aşağıdakı fəaliyyətləri həyata keçirir:
Tədris fəaliyyəti
Məktəbin başlıca məqsədi şagirdlərimizə dünya
standartlarına uyğun milli dəyərlərə söykənən təhsil
verməkdir. Bu işdə tədris proqramlarının düzgün
seçilməsi və tədris olunmasının nə qədər vacib və
məsuliyyətli iş olduğunu bilirik. Kaspi Liseyi öz
hədəflərinə çatmaq üçün aşağıdakı işləri görür.
· Bütün sinif şagirdləri üçün nəzərdə tutulmuş
Təhsil Nazirliyinin standartlarına əsaslanan
tədris proqramının tətbiqi
· Xarici dillərin beynəlxalq standartlara əsasən
tədrisi. İngilis dili üzrə şagirdlərin 4 bacarıq
üzrə (speaking, writing, reading, listening)
tədrisinin təşkil olunması, beynəlxalq sertifikat
(Cambridge ESOL, KET, PET, Starters, Movers, Flyers) imtahanlarına hazırlıq. Rus dili üzrə
II-XI sinif şagirdləri üçün danışıq və yazı qrammatikasının tam öyrədilməsi.
www
www.kaspi.edu.az.kaspi.edu.az

