Page 17 - Kaspi Təhsil Şirkəti 2018
P. 17
Kaspi Beynəlxalq Uşaq Bağçası dünyanın 50-dən çox ölkəsində 120-dən çox məktəbəqədər
hazırlıq üzrə nümayəndəsi olan və bu sahədə ən nüfuzlu beynəlxalq təşkilat sayılan İnternational
Pre-School Curriculum – un (İPC) yerli rəsmi nümayəndəsidir.
Kaspi Beynəlxalq Uşaq Bağçasında İPC tərəfindən beynəlxalq təlim görmüş müəllim və köməkçi
müəllimlər fəaliyyət göstərir, həmçinin uşaqların məktəbəqədər hazırlıq prosesində tədrisə xarici
mütəxəssislər də cəlb olunur. Beynəlxalq Uşaq Bağçasında tədris ingilis dilində aşağıdakı istiqamətlər
üzrə aparılır:
· 3-4 yaşlı uşaqların 3 illik tədris proqramı əsasında məktəbəqədər hazırlığı
· 4-5 yaşlı uşaqların 2 illik tədris proqramı əsasında məktəbəqədər hazırlığı
· 5-6 yaşlı uşaqların 1 illik tədris proqramı əsasında məktəbə hazırlığı
www.kaspi.edu.az

