Page 25 - Kaspi Təhsil Şirkəti 2018
P. 25

KASPİ ELEKTRON XİDMƏTLƏRİ




            “Əlifbanı Öyrənirəm" layihəsi Azərbaycan Respublikasının Diasporla İş
     üzrə  Dövlət  Komitəsi  ilə  “Kaspi”  Təhsil  Şirkətinin  birgə  layihəsidir.  Layihənin  məqsədi
     Azərbaycanda və ölkədən kənarda yaşayan ailələrin 5-10 yaş arası övladlarının Əlifba və ana
     dilindəki ilkin anlayışları öyrənmək üçün nəzərdə tutulub. Bu interaktiv oyun uşaqların hərflər,

     ədədlər və təməl anlayışları öyrənmələri üçün yardımçı bir vasitədir.
            Uşaqlar üçün hazırlanan bu interaktiv oyun 7 bölmədən – 7 adadan ibarət olub həm səsli,
     həm də şəkilli öyrənməni hədəfləyir. Oyunda bir personaj daima istifadəçiyə bələdçilik edir.
     Oyuna  milli  koloritlər  qatmaq  məqsədilə  hər  bir  ada  Azərbaycanda
     yerləşən tarixi abidə kimi əks olunmuşdur. Bu oyundan başqa, uşaqlar
     üçün Şeirlər bölməsi də mövcuddur. Valideynlər bu bölməyə daxil
     olub uşaqlara şeirləri səsli olaraq dinlədə bilərlər.


     “Kaspitest.com” Kaspi Təhsil Mərkəzinin Onlayn sınaq sistemidir.
     Sistemin məqsədi Mərkəzin keçirdiyi imtahanların onlayn qaydada
     keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin
     imtahanlarda iştirak etməsidir.

            İstifadəçilər çox rahatlıqla qeydiyyatdan keçib onlayn sınağa
     daxil  olaraq  öz  biliklərini  yoxlaya  bilərlər.  İstifadəçi  ixtisas  qrupuna
     uyğun imtahanı seçib daxil olur. İstifadəçi imtahanı bitirdikdən sonra topladığı balı dərhal görə
     bilər. Bundan başqa fənlər üzrə hansı sualı düzgün, hansını səhv yazdığını da gözdən keçirə bilər.
     İmtahan müddətində əgər istifadəçinin internet bağlantısı kəsilərsə və ya brauzeri qeyri-ixtiyari
     bağlanarsa, bağlantı bərpa olunandan və ya brauzeri yenidən açılandan sonra qaldığı yerdən
     davam edə bilər.



          www.kaspi.edu.az
   20   21   22   23   24   25   26   27   28   29   30