Page 15 - Kaspi Təhsil Şirkəti 2018
P. 15

KASPİ UŞAQ BAĞÇASI


            Kaspi Uşaq Bağçası 2014-cü ildən fəaliyyətə başlayıb. Hal-hazırda “Kaspi”
     Təhsil Şirkətinin tərkibində Kaspi Uşaq Bağçası Ağ Şəhər filialı, Bakıxanov filialı,
     Əhmədli filialı və Kaspi Beynəlxalq Uşaq Bağçası fəaliyyət göstərir. Bağçanın missiyası sağlam
     düşüncəyə və yüksək dəyərlərə malik gələcəyin başlanğıcını qoymaqdır. Bağçada uşaqların
     intellektual, fiziki, psixoloji, sosial–emosional və estetik inkişafının əldə edilməsi üçün yaradıcı və
     sağlam rəqabətli mühit yaradılır, onlarda təhsilə maraq oyadılır, müstəqil düşünmək və problem həll
     etmək vərdişləri aşılanır,  onların hisslərinin və həyati bacarıqlarının formalaşmasına təsir göstərilir.
            Fəaliyyət göstərdiyi müddət ərzində yüzlərlə Kaspi Uşaq Bağçası məzunu ölkəmizin nüfuzlu
     orta məktəblərinə, lisey və gimnaziyalarına müvəffəqiyyətlə qəbul olmuşdur. Həmin şagirdlər hal-
     hazırda da Kaspi Uşaq Bağçasının məktəbəhazırlıq proqramının qoyduğu güclü baza əsasında
     təhsillərini yüksək səviyyədə davam etdirirlər.
                                                           Kaspi Uşaq Bağçasının bütün tədris proqramları
                                                   Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələb və
                                                   normativlərinə tam uyğun şəkildə tərtib olunmuş və bu
                                                   proqramın təkmilləşdirilməsində dünya təhsil
                                                   sistemlərinin qabaqcıl innovasiyalarından geniş istifadə
                                                   olunmuşdur. Bağçada tədris Azərbaycan, rus və ingilis
                                                   bölmələri üzrə aşağıdakı istiqamətlərdə aparılır:
                                                      · 3-4 yaşlı uşaqların 3 illik tədris proqramı əsasında
                                                            məktəbəqədər hazırlığı
                                                      · 4-5 yaşlı uşaqların 2 illik tədris proqramı əsasında
                                                            məktəbəqədər hazırlığı
                                                      · 5-6 yaşlı uşaqların 1 illik tədris proqramı əsasında
                                                            məktəbə hazırlığı








          www.kaspi.edu.az
   10   11   12   13   14   15   16   17   18   19   20