Page 23 - Kaspi Təhsil Şirkəti 2018
P. 23

KASPİ NƏŞRLƏRİ






          Kaspi Təhsil Şirkətinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində
     böyük  təcrübəyə  malik  olan  alimləri  ilə  birlikdə,  abituriyentlərin  səmərəli  hazırlığını  təmin  etmək
     məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları nəşr etdirərək ictimaiyyətin istifadəsinə verib.
     Onlardan İngilis dili, Fizika, Kimya, Azərbaycan dili dərslikləri,  Coğrafiya, Azərbaycan tarixi, Azərbaycan
     dili, İngilis dili, Fizika, Kimya, Riyaziyyat üzrə Test bankları, habelə azyaşlı uşaqlar üçün “Kaspi kids”
     nəşrləri – uşaqları dilimizin hərfləri ilə tanış edən, sərbəst oxumaq və yazmağa hazırlayan “Savad təlimi”,
     onların dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirən  “Riyaziyyat” və uşaqların ingilis dilinin tez

     və rahat şəkildə öyrənməsini təmin edən “ Uşaqlar üçün İngilis dili”  adlı dərslikləri nümunə göstərmək
     olar.
          Kaspi Təhsil Şirkəti maarifçilik, ziyalılıq tariximiz, mədəniyyət və ədəbiyyatımız haqqında nəşrlərin

     çapına, xalqımızın mədəni-ədəbi və elmi irsinin zənginləşməsinə yönəlik nəşrlərin işıq üzü görməsinə öz
     töhfələrini vermişdir. Belə ki, “Kaspi” Təhsil Şirkəti indiyə qədər “Kaspi nəşrləri” adı altında mətbuatımızın
     tarixi  haqqında  “135  illik  yol”,  Ulu  Öndər  Heydər  Əliyevin  və  cənab  prezident  İlham  Əliyevin

     mətbuatımıza verdiyi ciddi dəyərin ifadəsi olan, tarixi xidmətlərinin əks olunduğu “Mən jurnalistləri
     vətənpərvərliyə  çağırıram”  adlı  nəşr,  Hüseyn  Cavidə  həsr  olunmuş  müsabiqəyə  təqdim  edilmiş
     yazılardan ibarət “Hüseyn Cavid. Vətənə qayıdış” adlı kitabı, həmçinin fotoalbomu, Azərbaycanın Milli
     Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş müsabiqənin seçmə yazılarından ibarət “Mübariz yol”
     kitabını, “Kaspi” qəzetinin tarixi haqqında məqalələr toplusu olan “Üç əsrin qəzeti” kitabını, “Kaspi –

     maarifçilik meydanı” kitabını, həmçinin “Kaspi” qəzetinin yaranması və fəaliyyəti” adlı araşdırmanın işıq
     üzü görməsi, Hüseyn Cavidin əsərlərinin Türkiyədə və İranda nəşr etdirilməsi, ədiblə bağlı beynəlxalq
     konfransların təşkili “Kaspi” Təhsil Şirkətinin geniş miqyaslı maarifçilik hərəkatına, ölkəmizin mədəni,

     ədəbi və elmi mühiti üçün göstərdiyi əvəzsiz, müstəsna xidmətlərin dəyərli nümunələridir.


          www.kaspi.edu.az
   18   19   20   21   22   23   24   25   26   27   28