Page 13 - Kaspi Təhsil Şirkəti 2018
P. 13

Kaspi Kids Azərbaycan və rus bölmələri üzrə aşağıdakı proqramları həyata keçirir:
        · 4-5 yaşlı uşaqların məktəbəqədər hazırlığı üzrə tədris proqramı
        · 5-6 yaşlı uşaqların məktəbə hazırlığı üzrə tədris proqramı



     Kaspi Kids-in nailiyyətləri:
        · Fəaliyyət göstərdiyi müddətdə 5000-dən çox Kaspi Kids məzunu ölkəmizin nüfuzlu orta
            məktəblərinə, lisey və gimnaziyalarına müvəffəqiyyətlə qəbul olmuşdur. Həmin
            şagirdlər hal-hazırda da Kaspi Kids məktəbəhazırlıq proqramının qoyduğu güclü baza
            əsasında təhsillərini yüksək səviyyədə davam etdirirlər.
        · Kaspi Kids bu illər ərzində uşaqlarda xeyriyyəçilik, yardımsevərlilik kimi xüsusiyyətlərin
            formalaşması məqsədilə 20-dən çox müxtəlif sosial layihələr, xeyriyyə tədbirləri həyata
            keçirmişdir. Bu xeyriyyə tədbirlərində minlərlə aztəminatlı ailələrin uşaqlarına, eyni
            zamanda valideyn himayəsindən məhrum olmuş uşaqlara müxtəlif hədiyyələr verilmiş,
            onlar üçün əyləncəli proqramlar hazırlanmşdır.


                                                               Kaspi Kidsin uğurlarının əsas səbəbləri:
                                                               · Xüsusi həssaslıqla seçilmiş
                                                                   müəllimlərdən və məktəbəqədər təhsil
                                                                   istiqamətində yüksək təcrübəyə malik
                                                                   peşəkarlardan ibarət komanda
                                                               · Hər bir fənnin tədrisində müasir
                                                                   ədəbiyyat və texnologiyalardan istifadə
                                                                   edilərək uşaqların yaş səviyyələrinə
                                                                   uyğun qurulan məşğələlər, uşaqların
                                                                   bilik və bacarıqlarının inkişafına
                                                                   yönəlmiş həftəlik tədris materialları və
                                                                   Kaspi pedaqoqları tərəfindən
                                                                                           hazırlanmış Kaspi Kids nəşrləri


          www.kaspi.edu.az
   8   9   10   11   12   13   14   15   16   17   18