Page 12 - Kaspi Təhsil Şirkəti 2018
P. 12
KASPİ KIDS
“Kaspi” Təhsil Şirkətinin məktəbə hazırlıq bölməsi olan Kaspi Kids
2011-ci ildən fəaliyyətə başlayıb. Hal-hazırda
Kaspi Kids məktəbə hazırlıq proqramı 10 filial
və 3 nümayəndəlikdə tədris olunur. Bu
proqram 4-6 yaşlı uşaqların intellektual, fiziki,
psixoloji və sosial–emosional inkişafının əldə
edilməsində, potensial imkanlarının üzə
çıxarılmasında, məktəbə hazırlanmasında,
sadə əmək vərdişlərinə yiyələnməsi, istedad
və qabiliyyətlərinin üzə çıxarılmasında,
müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi
keyfiyyətlərin, hisslərin və həyati bacarıqların
formalaşmasında mühüm rol oynayır.
Müasir və beynəlxalq təhsil
metodlarından istifadə edilərək hazırlanan
Kaspi Kids məktəbə hazırlıq proqramı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
məktəbəqədər təhsil proqramına (kurikulumuna) tam uyğundur.
www.kaspi.edu.az

