Page 26 - Kaspi Təhsil Şirkəti 2018
P. 26
Kaspi LMS – Öyrənmə proseslərinin idarə
olunma sistemidir. Bu layihənin məqsədi
müasir texnologiyaları səmərəli istifadə
edərək istənilən təhsil müəssisəsindəki
öyrənmə, ölçmə və qiymətləndirmə,
mesajlaşma, hesabat və digər prosesləri
mərkəzləşdirilmiş qaydada idarə etməkdir.
Bu sistem vasitəsilə tələbələr öz dərs
proseslərini hesabından izləyə bilər,
müəllimləri tərəfindən verilən yoxlama və
tapşırıqları yerinə yetirib təqdim edərək
nəticələrini dərhal görə bilər. Müəllimlər öz tələbələri üçün dərsə aid imtahan və tapşırıqları
asanlıqla sistemə yerləşdirir. Daha sonra elektron qaydada təqdim olunan tapşırıqları
qiymətləndirir. Bununla yanaşı, müəllim dərsə uyğun əlavə
materialları da (mətn, şəkil və ya video) tələbələrin istifadəsi
üçün yerləşdirə bilər. Valideynlər öz övladları barədə
məlumatları: dərs cədvəli, dərslərdə aldıqları nəticələr və
sairə məlumatları görə bilərlər. Müəllimlərə və ya təşkilat
idarəçisinə hər hansı sual, irad və ya təklifləri varsa asanlıqla
yaza bilərlər. Administratorlar isə Mərkəz barədə istənilən
vaxt statistik məlumatları və fərqli hesabatları əldə edə
bilərlər.
www.kaspi.edu.az

