VAKANSİYALAR

"Kaspi" Təhsil Şirkəti Qrafik/Motion Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

Minimum 2 il müvafiq sahədə iş təcrübəsi

 

Tələb olunan bilik və bacarıqlar:

● Adobe proqramları üzrə (Photoshop, Illustrator, After Effects, Premiere Pro və s.) sərbəst işləmə bacarığı

● Süni intellekt əsaslı dizayn və video həllərindən (Midjourney, Runway, Adobe Firefly və s.)effektiv istifadə təcrübəsi

● Yaradıcı düşüncə, detallara diqqət və vaxtında təhvil vermə mədəniyyəti

● Komanda daxilində işləmək bacarığı

 

Vəzifə öhdəlikləri:

Sosial media və rəqəmsal kontent

● Sosial media platformaları üçün statik post, story & carousel dizaynlarının hazırlanması

● Reels/TikTok/YouTube Shorts formatında qısa motion video və animasiyaların yaradılması

● Kampaniya və elan (vakansiya, tədbir, qəbul kampaniyası) vizuallarının hazırlanması

Brend və marketinq materialları

● Broşür, kataloq, banner, roll-up kimi çap materiallarının dizaynı

● Brend təlimatına (brand guideline) uyğunluğun bütün materiallarda qorunması

● Yeni kampaniyalar üçün vizual konseptlərin işlənib hazırlanması

Spesifik kontent

● Dərs materialları, prezentasiya şablonları və infoqrafikaların dizaynı

● Valideynlər üçün məlumatlandırıcı material və tədbir dəvətnamələrinin hazırlanması

● Filiallar/kampuslar üçün naviqasiya, stend və interyer qrafik materiallarının dizaynı

Video və montaj

● Tədbir, məzuniyyət, kampus turu kimi videoların montajı

● Testimonial (rəy) videolarının redaktəsi

● Səs və vizual sinxronizasiyası, subtitr əlavə edilməsi

Əməkdaşlıq və proses

● Marketinq & Kommunikasiyalar komandası ilə birgə kontent təqviminə uyğun material istehsalı

● Layihə üzrə rəy/redaktə dövrlərində iştirak və vaxtında təhvil

Süni intellekt alətlərindən istifadə

● Süni intellekt alətləri ilə konsept generasiyası, ilkin variant yaratma və iş prosesinin sürətləndirilməsi

● Süni intellekt ilə yaradılan materialların brend standartlarına uyğunlaşdırılması və son redaktəsi

 

İş saatları: I-V günlər, 08:00-17:00

İş yeri: Kaspi Təhsil Şirkəti – Baş ofis

 

• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya [email protected] ünvanına göndərməklə müraciət edə bilərlər.

• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

30.09.2026