Haqqımızda

Kaspi Təhsil Şirkəti

"Kaspi" Təhsil Şirkəti olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Kaspinin hədəfi Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən bir təhsil şirkəti kimi fəaliyyət göstərməkdir.

Milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan Kaspi Təhsil Şirkəti lisey, abituriyent, bağça, məktəbəqədər təhsil, xaricdə təhsil, xarici dillərin tədrisi və s. məhsullar ilə 13 ildir ki, xidmətinizdədir.