Kaspi Etüd

Kaspi ETÜD  (I-IV siniflər üzrə dərsdən sonra hazırlıq (inkişaf) proqramı)
(Kaspi ETÜD) 

 

Məktəblilərə dərsdən sonra həm biliklərini möhkəmləndirmək, həm də asudə vaxtın səmərəli keçırılməsini təmin etmək üçün 2019-cu ildə təsis olunan Kaspi ETÜD I-IV siniflər üzrə dərsdən sonra hazırlıq (inkişaf) proqramıdır. Daha ətraflı

Bu proqram 2 istiqamətdən ibarətdir:

  • 1-ci sinifdən 4-cü sinifədək olan şagirdlərə ev tapşırıqların yerinə yetirilməsinə dəstək. Hər qrupda ev tapşırıqlarının həllinə dəstək göstərən nəzarətçi müəllimlər çalışır. Proqram şagirdlərin ev tapşırıqlarını müstəqil işləmə bacarığının inkişafını xüsusi diqqətdə saxlayır.
  • Riyaziyyat və İngilis dili fənlərinin xüsusi proqram üzrə tədrisi. Dərslər bu fənlər üzrə ixtisaslı müəllimlər tərəfindən aparılır. Proqramlar həm yerli, həm də beynəlxalq təcrübə əsasında hazırlanıb.Proqram daxilində şagirdlərin maraqla çalışması və sosial - emosional bacarıqlarını inkişaf etdirmək üçün maraqlı oyunlar, yarışlar təşkil olunur.

Kaspi ETÜD proqramı həm Azərbaycan, həm də rus bölmələri üzrə fəaliyyət göstərir.  Proqram aşağıdakı şəkildə təşkil olunur:

Dərs qrafiki:  həftənin 5 günü saat 15:00-dan 17:40-dək

Həftəlik dərs yükü:  20 dərs saatı  

Qrup ölçüsü: 5-8 nəfər.

Öyrənilmiş bilik və bacarıqların ölçülməsi məqsədilə 2-ci, 3-cü və 4-cü siniflər üzrə hər ay  bir sınaq imtahanı.

Xidmət üçün təhsil haqqı Azərbaycan bölməsi üçün: 200 AZN,

                                                         rus bölməsi üçün: 220 AZN.

Kaspi ETÜD proqrmı tədris olunan filiallar: Kaspi Təhsil Mərkəzinin Əhmədli, Mikrorayon,Yasamal, Xətai, Masazır, Bayıl və Sumqayıt filialları

Kaspi Etüdlə bağlı valideyn və şagirdlər tərəfindən tez-tez soruşulan

Suallar və onların cavabları:

  1. Uşaqlar bütün ev tapşırıqlarını orda yerinə yetirə biləcəklərmi? - Ev tapşırıqlarının yerinə yetirilməsi şagirdlərin məktəbdə verilmiş mövzuları yaxşı qavramasından və onların tapşırıqları yerinə yetirmə sürətindən asılıdır. Bizim müəllimlər şagirdlərə bütün ev tapşırıqlarının yerinə yetirilməsi istiqamətində dəstək verəcək, habelə bu tapşırıqları sərbəst yerinə yetirməyi öyrədəcəklər. Bunlardan əlavə şagirdlərin başa düşmədiyi mövzular yenidən izah ediləcək.
  2. Kaspi Etüd proqramında tədris olunan Riyaziyyat və İngilis dili fənlərindən evə tapşırıq veriləcəkmi? - Bu proqramda tədris olunan Riyaziyyat və İngilis dili fənlərindən ev tapşırığı verilməyəcək. Əsasən sinifdə öyrədiləcək. Şagirdləri evdə zehni yüklənməməsi  vacvib məsələdir.
  3. Uşaqların şeir əzbərləmək və ya hekayə danışmaq kimi ev tapşırıqları olduğu zaman proses necə olacaq? - Şeir əzbərləmək və ya hekayə danışmaq kimi ev tapşırıqları nəzarətçi müəllimin iştirakı ilə çagird tərəfindən sərbəst şəkildə həyata keçiriləcək. Bunun üçün dərsdən sonra lazım olarsa müəyyən əlavə vaxt da veriləcək.
  4. Qrupda uşaqların sayı neçə nəfər olacaq? - Dərslər 5-8 nəfərlik kiçik qruplarda təşkil olunacaq.
  5. Qrupdakı uşaqlar hamsı eyni sinifdənmi olacaq? - Qrupdakı uşaqlar hamsı eyni sinifdən olması planlaşdırılır. Bəzi istisna hallarda 1-ci siniflə 3-cü sinif və 2-ci siniflə 4-cü siniflərin qruplaşdırılması baş verə bilər.
  6. Riyaziyyat fənni üzrə olan proqram isə məktəb proqramının tərkib hissəsi olmaqla bərabər, şagirdlərə yaş həddi nəzərə alınmaqla bu günün tələblərinə uyğun riyazi bacarıqları öyrədir. Məktəb proqramı ilə yanaşı qabaqcıl beynalxalq təcrübəyə əsaslanaraq uşaqlarda məntiqı təfəkkürün, tənlik qurma, məsələ həlli zamanı şərtlərin qoyulması və s. kimi praktiki  bacarıqların inkişafı nəzərdə tutulmuşdur.
  7. Kaspi Etüd proqramı həftədə neçə gün və hansı müddətdə tədris olunur? - Bu proqram həftədə 5 gün, saat 15:00-dan 17:40-dək tədris olunur.
  8. Bu proqram üçün təhsil haqqı nə qədərdir və bu ödənişə nə daxildir? - Proqramın ödənişi Azərbaycan bölməsi üzrə 200 AZN, Rus bölməsi üzrə isə 220 AZN-dir. Ödənişə Ev tapşırıqlarının həll edilməsinə dəstək, çay fasiləsinin təşkili, oyunlar, yarışlar və digər sosial tədbirlər, Riyaziyyat və İngilis dili fənlərinin tədrisi daxildir.
  9. Bu proqram hansı ünvanlarda tədris olunur? - Bu proqram Kaspi Təhsil Mərkəzinin Yasamal, Mikrorayon, Əhmədli, Xətai, Bayıl, Masazır və Sumqayıt filiallarında tədris olunur.
  10. Ev tapşırığı olmayan günlərdə uşaqlar Kaspi Etüd qruplarında nə ilə məşğul olacaqlar? - Ev tapşırığı olmayan günlərdə uşaqlar müxtəlif sinif tapşırıqları ilə məşğul olacaqlar. Zəif olan nöqtələrin möhkəmləndirilməsi istiqamətində işlər aparılacaq.