VAKANSİYALAR

"Kaspi" Təhsil Şirkəti Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya tələbləri:

  • Orta ixtisas təhsili;
  • Tibb sahəsində minimum 1 il iş təcrübəsi.
     

Tələb olunan bilik və bacarıqlar:
 

  • Uşaqların sağlamlığının mühafizəsi haqqında məlumatlı olmaq;
  • Uşaqlara göstərilən ilkin tibbi yardım üzrə əsas prosedurları bilmək və ilkin qiymətləndirməni aparmaq ;
  • Sanitar-profilaktika qaydalarını bilmək;

.

Vəzifə öhdəlikləri:
 

  • Şagirdlərin səhhətində yaranan problemlərə ilkin tibbi yardım göstərməki;
  • Uşaqlara təqdim edilən qidaların sağlamlığına və təhlükəsizliyinə nəzarət etmək;
  • Bağçada gigiyenik-sanitar qaydalara əməl olunmasına, paltar və dəyişəklərin təmiz saxlanılmasına nəzarət etmək;
  • Dərman və tibbi ləvazimatların təhlükəsiz saxlanılması və uçotunu aparmaq;
  • Uşaqların gigiyenik tərbiyəsinin və sağlam həyat tərzinin təbliğinin təşkilində iştirak etmək.
     

 

  • Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən
  • İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
  • Son müraciət tarixi: 15.12.2025

İŞƏ MÜRACİƏT FORMASI

15.12.2025