"Kaspi" Təhsil Şirkəti Təcrübə Proqramını elan edir.
Kaspi Təhsil Şirkətinin ikihissəli pedaqoji təcrübə proqramına Sən də qoşul!
Müddət: 6 oktyabr 2025– 6 yanvar 2026
Məkan: Kaspi Təhsil Şirkəti-nin müəssisələri
Məqsəd:
Gənc müəllim namizədlərinə real dərs mühitində təcrübə qazandırmaq, metodiki biliklərini artırmaq və onları pedaqoji fəaliyyətə peşəkar şəkildə hazırlamaq.
Nəzəri mərhələ (Təlim və inkişaf):
Müasir təlim metodları
Pedaqoji psixologiya və şagirdlə davranış
Dərs planlaşdırılması və tətbiqi
Qiymətləndirmə meyarları və rubrikləri
Praktiki mərhələ (Dərs müşahidəsi və tətbiqi):
Təcrübəli müəllimlərlə birgə dərs müşahidəsi
Kiçik qruplarla təlim təcrübəsi
Aylıq tədris planı hazırlanması
Real şagird qrupu ilə mini-dərs
Effektiv təqdimat və sinif idarəetməsi
Mentor dəstəyi və rəy bildirişləri
Axtardığımız namizədlər:
Pedaqoji ixtisas üzrə son kurs tələbələri və ya yeni məzunlar
Öyrətməyə və öyrənməyə maraqlı
Məqsədli, təşəbbüskar və məsuliyyətli
Komanda işi və şagirdlərlə işləməyə açıq
Təklif etdiklərimiz:
Təcrübəli pedaqoq və təlimçilərdən nəzəri biliklər
Real dərs mühitində təcrübə
Mentor dəstəyi və rəy görüşləri
Sertifikat
Son müraciət tarixi: 17.10.2025
• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasında TƏCRÜBƏÇİ vəzifəsini seçərək müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.