"Kaspi" Təhsil Şirkəti Təcrübə Proqramını elan edir.
Kaspi Təhsil Şirkəti olaraq gənc və bacarıqlı namizədlərə inzibati sahədə öz bilik və bacarıqlarını inkişaf etdirmək imkanı yaradırıq! Sən də təcrübə qazanmaq, real layihələrdə iştirak etmək və peşəkar mühitdə özünü sınamaq istəyirsənsə – bu proqram tam sənlikdir!
Müddət: 6 oktyabr – 6 yanvar 2026
Məkan: Kaspi Təhsil Şirkəti-nin müəssisələri
Bölmə və şöbələr:
İnsan Resursları
Marketinq
Maliyyə
Qəbul- qeydiyyat
İnformasiya Texnologiyaları
Axtardığımız namizəd
Universitetin son kursunda oxuyan bakalavr tələbəsi, magistr tələbələri və ya yeni məzunlar
Motivasiyalı və öyrənməyə açıq
Komanda ilə işləyə bilən
Yaradıcı və təşəbbüskar
Təklif etdiklərimiz:
Peşəkar inkişaf imkanları
Real iş mühitində və layihələrdə iştirak
Mentor dəstəyi
Sertifikat
Son müraciət tarixi: 05.10.2025
• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasında TƏCRÜBƏÇİ vəzifəsini seçərək müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.