"Kaspi" Təhsil Şirkəti Fəhlə vəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
- Orta təhsil;
- Sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində orta səviyyədə danışmaq və yazmaq bacarığı;
- Sağlamlıq və əməyin mühafizəsi qaydalarını bilməsi arzuolunandır;
- İstifadəsinə təhkim edilən alət və ləvazimatlardan istifadə qaydalarını bilməsi;
- Fiziki güc və sağlamlıq;
Vəzifə öhdəlikləri:
- Liseyin əmlak və avadanlıqlarından məsuliyyətlə və düzgün şəkildə istifadə edilməsi və istənilən zədələrdən qorunması;
- Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
- Müvafiq avadanlıq, ləvazimat və aparatların quraşdırılması və ya sökülməsi;
- Liseyə məxsus avadanlıq, ləvazimat və aparatların təmiri;
- Liseyə məxsus bina və ərazilərdə təmir – bərpa işlərinin aparılması;
- Vəzifə öhdəliklərini yerinə yetirərkən sağlamlıq və əməyin təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İşin xüsusiyyətindən asılı olaraq müvafiq qoruyucu geyim və vasitələrdən istifadə edilməsi;
- Müvafiq alət və ləvazimatlardan ehtiyatla, təmiz və səliqəli şəkildə istifadə edilməsi;
- Vəzifəsini icra etdikdən sonra istifadə etdiyi material və avadanlıqların səliqəli şəkildə saxlanma yerlərinə yerləşdirilməsi;
- Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırmaq və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırmaq.
- Tapşırılan digər müvafiq işləri həyata keçirmək.
İş saatları: I-V günlər, 08:00-17:00
İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC
Son müraciət tarixi: 28.02.2025
• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya cv@kaspi.edu.az email ünvanına göndərməklə müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.