“Kaspi” Təhsil Şirkəti olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət qurmaq yüksək təhsil sistemi ilə mümkündür. Təhsil şirkəti olaraq bizim missiyamız:
“Yaşından asılı olmayaraq hər kəsə keyfiyyətli təhsil xidməti göstərməklə sağlam düşüncəli və uğurlu fərdləri yetişdirərək cəmiyyətimizin inkişafına töhfə verməkdir.”
Milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan və amalı Mükəmməl Milli Təhsil olan “Kaspi” Təhsil Şirkəti hal-hazırda vətəndaşlarımıza “Kaspi” Liseyləri olaraq 2 filialda xidmət göstərir.
Kaspi Liseyi 2014-cü ildən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən filialı ilə fəaliyyətə başlayıb. 1 il sonra, 2015-ci ildə isə Bakının Xətai rayonu ərazisində Kaspi Liseyinin Ağ şəhər filialı istifadəyə verilib. Liseyimizin hər 2 filialında bütün təhsil pillələri üzrə Azərbaycan və rus bölmələrində tədris həyata keçirilir.
2 il bundan öncə Kaspi beynəlxalq uşaq bağçası və məktəbəqədər hazırlıq üzrə başladığımız layihə bu il Kaspi liseyinin ingilis bölməsinin açılması ilə yeni mərhələyə qədəm qoyur.Kembric beynəlxalq məktəb proqramı əsasında fəaliyyət göstərəcək Kaspi liseyinin ingilis bölməsi 2019/2020-ci tədris ilindən etibarən fəaliyyətə başlayır.
Kaspi Liseyi bu 5 illik fəaliyyəti müddətində tədris və digər istiqamətlər üzrə müxtəlif nailiyyətlər əldə etmişdir:
Bunlardan birinci növbədə Kaspi Liseyi məzunlarının bugünə qədər Qəbul imtahanlarında 100%-lik nəticə göstərmələrini qeyd etmək olar. Sevindirici hal budur ki, məzunlarımız ən nüfuzlu yerli ali təhsil müəssisələri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Türkiyə və Rusiyanın tanınmış universitetlərində də təhsil alırlar.
Hal-hazırda liseyimizdə təhsil alan şagirdlərimizin 20-dən çoxu SAT, TOEFL, İELTS kimi beynəlxalq imtahanlarda yüksək nəticə göstərmişlər.
Daha bir uğurlu nəticə olaraq ötən buraxılış imtahanlarında Kaspi Liseylərinin yüksək nəticə əldə edərək özəl məktəblər arasında birinci yeri tutmasını göstərmək olar.
Respublikadaxili və beynəlxalq fənn və layihə olimpiadalarına qatılan şagirdlərimiz bu sahədə də biziləri sevindirməyi bacarmışlar.
Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alımləri” Respublika fənn müsabiqəsində şagirdlərimiz proqramlaşdırma və mühəndislik üzrə 4 gümüş, ekologiya üzrə 2 bürünc medal, bu il 2020-ci ildə isə proqramlaşdırma üzrə 2 bürünc medal qazanmışlar. Dünya Robot Olimpiadasının Azərbaycan finalında isə ardıcıl olaraq 2 il qızıl medala layiq görülən Kaspi Liseyinin komandası ölkəmizi 2017-ci ildə Kosta Rikada, 2-ci il isə Tayland Krallığında uğurla təmsil etmişdir. Liseyimizin şagirdlərinin Respublikadaxili və Beynəlxalq olimpiadalarda bugünə kimi qazandığı medalların sayı 90-dan artıqdır ki, onun da 42-i şagirdlərimizin ötən ilki nəticələridir. ABŞ, Kosta-Rika, Tayland Krallığı, Türkiyə, Rumıniya və Qazaxıstan kimi ölkələrdə müxtəlif beynəlxalq olimpiadalarda iştirak edən şagirdlərimiz yüksək nəticə əldə etməklə yanaşı, ingilis dili, təqdimetmə, ünsiyyət, kritik düşünmə, qərarvermə, sosiallaşma kimi bacarıqlarını və dünya görüşlərini inkişaf etdirirlər.
Liseyimizin beynəlxalq olimpiadalar və layihələr istiqamətində növbəti uğuru – Dünya alimlər Kubokunun Bakı finalına ardıcıl olaraq 2 il ev sahibliyi etməsdir. Bu beynəlxalq layihənin təşkilatçılarının Kaspi Liseyini seçməsi məktəbimizdə aparılan sistemli işin nəticəsidir. Bundan əlavə liseyimizdə bir sıra xarici universitetlərin təqdimatları da həyata keçirilmişdir ki, bu da gələcəkdə xaricdə təhsil almaları istiqamətində şagirdlərimizin maariflənməsi, bu universitetlər haqqında onların düzgün və dolğun məlumatlanması məqsədini daşıyır.
Bütün göstərilən uğurların məntiqi davamı olaraq bu il 2020-ci ilin fevralında Azərbaycanda ilk dəfə təşkil olunan HİPPO Beynəlxalq İngilis dili olimpiadasının 1-ci mərhələsi Kaspi Liseylərində yüksək səviyyədə həyata keçirildi.
Kaspi Liseylərində şagirdlərin xüsusi istedadlarının üzə çıxması və inkişaf etməsi məqsədilə vətənpərvərlik, milli dəyərlərə hörmət, ətraf mühitin qorunması, böyüklərə diqqət və kiçiklərə qayğı, insanlara sevgi kimi mövzular üzrə müxtəlif tədbirlər də təşkil olunur. Bu fəaliyyətlər əsasən rəqs, heykəltəraşlıq, musiqi, rəsm, “Milli irsimiz”, “Parlaq zəka”, “Bacarıqlı əllər” kimi dərnəklərdə həyata keçirilir. Həmin dərnəklərdə müxtəlif bacarıqlara yiyələnən şagirlərin əl işləri liseyimiz tərəfindən təşkil olunan sərgilərdə nümayiş etdirilir. Sevindirici hal budur ki, indiyə qədər təşkil etdiyimiz bütün sərgilər xeyriyyə məqsədi daşımışdır. Həmin sərgilərdən əldə olunan vəsaitlər qocalar və uşaq evlərinə ianə edilmişdir.
Dərnəklərimizdə aparılan uğurlu işin bariz nümunəsi kimi ABŞ-ın NYU YORK şəhərində keçirilən Genius layihə olimpiadasında 2017 və 2018-ci illərdə 2 şagirdimizin rəsm əsərinin qızıl medala layiq görülməsini, bundan əlavə qazanılan 3 gümüş və 3 bürünc medal və 4 həvəsləndirici diplomu göstərmək olar.
2019-cu ildə isə eyni Olimpiadada şagirdlərimiz hər birində 3 nəfər olmaqla 2 komanda ilə iştirak etmişdilər. Qürurla qeyd edək ki, həmin komandalardan biri bürünc, digəri isə qızıl medallarla vətənə dönmüşlər.
Bundan əlavə BMT-nin Azərbaycan Nümayəndəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi tərəfindən keçirilmiş 5 iyun – Ümumdünya Ətraf Mühitin Qorunması Gününəhəsr olunmuş rəsm müsabiqəsində isə daha 2 şagirdimiz birinci yerə layiq görülmüşdür.
Uğurlu şəxsiyyətlərin həyat təcrübələrinin şagirdlərimizlə paylaşdıqları Milli yaddaş layihəmiz isə xüsusilə təqdirəlayiqdir. Çünki bu tədbir çərçivəsində liseyimizə Azərbaycanın görkəmli şəxsiyyətləri - alimlər, yazıçılar, şairlər, ictimai xadimlər və tanınmış idmançılar dəvət olunur. Onlar bu milli yaddaş dərslərində öz həyat təcrübələri haqqında danışır və şagirdlərimizi maraqlandıran suallara cavab verirlər.
Bundan əlavə şagirdlərin dünya görüşü və sosial inkişafı üçün müxtəlif tarixi-mədəni yerlərə ekskursiyalar təşkil olunur, bir sıra elmi və mədəni müsabiqələr həyata keçirilir.
“Sağlam bədəndə sağlam ruh olar” prinsipini üstün tutan Kaspi Liseylərində uşaqların bədən tərbiyəsinə, idman yarışlarında iştirakına və ümumiyyətlə onların fiziki olaraq sağlam inkişafına xüsusi diqqət ayrılır.
Liseyimizin nəzdində fəaliyyət göstərən Kaspi İdman Klubunun yaradılması bu məqsədə xidmət eliyir. Məktəbimizdə şahmat, gimnastika, kapoeyra, cüdo, basketbol, voleybol, tennis kimi idman növlərinin müvafiq idman dərəcələri olan müəllimlər tərəfindən tədris olunması bu sahədə də istedadlı şagirdlərin üzə çıxarılması işini asanlaşdırır. İdman klubumuz öz işini uğurla həyata keçirməsinin nəticəsi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif idman növləri üzrə keçirilən yarışlardaşagirdlərimizin qalib olması,Təhsil və Gənclər İdman Nazirliyi ilə birgə keçirilən “Olimpiya Hərəkatı” adlı idman yarışlarında qızıl, gümüş, bürünc medalların qazanılması, şahmat və cüdo üzrə dərəcə turnirlərində qələbələrin əldə edilməsi aparılan sistemli işin baris nümunəsidir.
Növbəti uğurlu bir layihə kimi Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbini də qeyd etmək istərdik. Liseyimizin nəzdində təsis olunmuş bu Musiqi və İncəsənət məktəbinin əsas məqsədi şagirdlərimizin musiqi zövqlərini formalaşdırmaq, estetik inkişaflarını təmin etmək, müxtəlif incəsənət sahələrində istedadı olan uşaqları aşkar edərək onlara peşəkartəhsil vermək və ən əsası bütün bunları liseyin öz binasında həyata keçirməkdir. 2 il öncə yaranmasına baxmayaraq Kaspi Uşaq Musiqi və İncəsənətMəktəbinin yetirmələri bir neçə irimiqyaslı tədbir təşkil etməyi bacarmışdır. Şagirdlərimizin bəzilərinin solo konsertləri və sərgiləri belə təşkil olunmuşdur.
Kaspi Liseyinin 2014-2020-ci illər üzrə nailiyyətləri:
- 5 il ərzində Kaspi Liseyi məzunlarının ailə məktəblərə qəbul imtahanlarında 100%-lik qəbul nəticə göstərməsi;
- Məzunlarımız ən nüfuzlu yerli ali təhsil müəssisələri ilə yanaşı, Böyük Britaniya, Almaniya, Türkiyə və Rusiyanın tanınmış universitetlərində də təhsil alması;
- Nigar Alıyevanın liseyimizi qızıl medal ilə bitirməsi;
- Şagirdlərimizin bir sıra elmi və layihə olimpiadaların finalında iştirakı;
- Infomatrix 2017 -2019 (Buxarest, Rumıniya) 10 gümüş, 21 bürünc medal,
10 həvəsləndirici diplom;
- İnfomatrix - Avrasiya Finalı (Alamta, Qazaxıstan) 2 gümüş, 1 bürünc medal;
- GENIUS 2017 - 2019 (Nyu York, ABŞ) 5 qızıl medal, 3 gümüş,6 bürünc,
4 həvəsləndirici diplom;
- Dünya Robot Olimpiadası (Bakı, Azərbaycan) 6 qızıl, 6 gümüş,10 bürünc;
- Respublika fənn olimpiadalarının yarımfinal və final mərhələsində iştirakı;
-SAT və IELTS imtahanlarında yüksək nəticə əldə olunması;
- Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alımləri” Respublika fənn müsabiqəsində şagirdlərimiz proqramlaşdırma və mühəndislik üzrə 4 gümüş, ekologiya üzrə 2 bürünc medal, bu il 2020-ci ildə isə proqramlaşdırma üzrə 2 bürünc medal qazanması.
Daha ətraflı məlumat üçün: http://kaspiliseyi.az/az/