IX sinif şagirdləri üçün

IX sinif şagirdləri üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 3 illik tədris və Buraxılış və Qəbul imtahanlarına hazırlıq proqramı. 

Kaspi Abituriyent IX sinif şagirdləri üçün Azərbaycan və rus bölmələri üzrə həm Buraxılış imtahanlarına, həm də Ali məktəblərə Qəbul imtahanlarına (fənn bloku üzrə) hazırlıq kursları təklif edir.

Şagirdlər istəkləri əsasında  yalnız buraxılış imtahanına hazırlaşa bilər və ya buraxılış və universitetə qəbul imtahanına birgə hazırlıq proqramı paketini seçə bilərlər. Kaspi Abituriyent buraxılış imtahanlarına hazırlıq  3 fənn üzrə (Ana dili, Riyaziyyat, İngilis dili fənləri üzrə) və eləcə də universitetə qəbul imtahanına hazırlıq əlavə olaraq seçdiyiniz ixtisas qrupuna aid fənn bloku üzrə 2 və ya  3 fənn üzrə təşkil olunur. Ümumi olaraq I, II və III ixtisas qruplarına hazırlşan şagirdlərə 5 fənn, IV ixtisas qrupuna hazırlaşan şagirdlərə isə 6 fənn tədris olunur. 

Bu tədris proqramı 9-cu siniflərin buraxılış və universitetə qəbul imtahanı formatına uyğun olaraq şagirdlərdə bilik və bacarıqların formalşadırılmasına imkan verir. 9-cu siniflər Kaspi Təhsil Şirkətinin fənn medodistləri tərəfindən hazırlanmış vahid tədris proqramı əsasında həm buraxılış imtahanına, həm də universitetə qəbul imtahanına baza biliklərin formalaşdırmaqla hazırlanır. Mütəmadi təşkil olunan sınaq imtahanları şagirdlərin öyrənməsini ölçmək və valideynlərin bu haqda vaxtında məlumatlanması üçün əlverişli imkan yaradır. Tədris dövründə şagirdlərimizə müəllimləri tərəfindən əlavə dərslər də təşkil olunur. Bu əlavə dərslərin mıəqsədi şagirdlərin başa düşməkdə çətinlik çəkdikləri mövzular üzrə əlavə izahlar vermək, onların suallarını cavablandırmaq, onlara dərsləri yaxşı məniməsmək üçün kömək etməkdir. 

Bunlarla yanaşı, əməkdaşlarımız şagirdlərin dərs davamiyyəti, dərs hazırlığı və  imtahan nəticələri ilə bağlı valideynlərə mütəmadi olaraq məlumat verirlər. Əlavə olaraq hər ay keçirilən valideyn iclaslarında valideynlər həm rəhbərlik, həm də müəllimlər ilə görüşüb övladlarının hazırlığı haqda ətraflı məlumat alırlar.