Kaspi Abituriyent

Kaspi Abituriyent Kursları 2008-ci ildən fəaliyyətə başlayıb və hal-hazırda 8 filial və 5 nümayəndəlikdə xidmət göstərir.

Kaspi Abituriyent IX, X, XI sinif şagirdlərinin və məzunların Azərbaycan və rus bölmələri üzrə Buraxılış imtahanlarına və Ali məktəblərə Qəbul imtahanlarına hazırlığını, V-VIII sinif şagirdlərinin məktəbdən sonra fənlər üzrə hazırlığını və sosial fəaliyyətini, şagirdlərin bilik və bacarıqlarını ölçmək məqsədilə III - VIII və IX -XI siniflər üzrə Sınaq imtahanlarını həyata keçirir. Kaspi Abituriyent bu xidmətləri Bakı, Gəncə, Sumqayıtla yanaşı Respublikamızın bir çox rayonlarında da təşkil edir.  Kaspi Abituriyent eləcə də Azərbaycan və rus bölmələri üzrə abituriyentlərin bilik və bacarıqlarını ölçmək məqsədilə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Respublikamızın əksər bölgələrində hər ay Sınaq imtahanlarını təşkil edir.

Kaspi Abituriyent müəllim-şagird-valideyn qarşılıqlı fəaliyyətinin düzgün qurulmasına və tədris müddəti ərzində prosesə ciddi nəzarət edilməsinə xüsusi diqqət yetirir. Kaspi Abituriyentdə çalışan qayğıkeş inzibati işçi heyəti və peşəkar müəllim heyəti təlim və tədris prosesini yüksək səviyyədə təşkil etməyə və qarşıya qoyulan vəzifələri uğurla icra etməyə imkan verir. Kaspi Abituriyent nəşrləri – tədris vəsaitləri və test topluları ilə abituriyentlərə səmərəli hazırlaşmağa və yüksək nəticə əldə etməyə dəstək olur.

Fəaliyyət göstərdiyi müddət ərzində minlərlə Kaspi Abituriyent məzunu DİM-in qəbul imtahanlarında yüksək nəticə göstərərək Respublikamızın nüfuzlu ali təhsil ocaqlarına daxil olmuşlar.

Kaspi Abituriyent Azərbaycan və rus bölmələri üzrə aşağıdakı proqramları həyata keçirir:

*Bütün bu proqramlar Dövlət İmtahan Mərkəzinin (DİM) standartları əsasında təşkil olunur.

  1. IX sinif şagirdləri üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 3 illik tədris və Buraxılış və Qəbul imtahanlarına hazırlıq proqramı.
    Kaspi Abituriyent IX sinif şagirdləri üçün Azərbaycan və rus bölmələri üzrə həm Buraxılış imtahanlarına, həm də Ali məktəblərə Qəbul imtahanlarına (fənn bloku üzrə) hazırlıq kursları təklif edir.
    Daha ətraflı

  2. X sinif şagirdləri üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 2 illik tədris proqramı. Kaspi Abituriyent  X sinif şagirdləri üçün Azərbaycan və rus bölmələri üzrə həm XI sinif Buraxılış imtahanına hazırlıq, həm də Ali məktəblərə qəbul imtahanlarına (fənn bloku üzrə) hazırlıq birgə təşkil olunur. İxtisas qruplarına uyğun olaraq 5 və ya 6 fənn üzrə buraxılış və universitetə qəbul imtahanlarına hazırlıq  həyata keçirilir. 
    Daha ətraflı

  3. XI sinif şagirdləri və məzunlar üçün nəzərdə tutulmuş Kurikulum standartlarına əsaslanan 1 illik tədris proqramı.  XI sinif şagirdləri üçün Azərbaycan və rus bölmələri üzrə həm Buraxılış imtahanına hazırlıq, həm də Ali məktəblərə qəbul imtahanlarına (fənn bloku üzrə) hazırlıq təşkil olunur. Abituriyentlər istəkləri əsasında  yalnız Buraxılış imtahanına hazırlaşa bilər və ya Buraxılış və Ali məktəblərə Qəbul imtahanlarına birgə hazırlıq proqramı paketini seçə bilərlər. Buraxılış və Qəbul imtahanlarına hazırlıq ixtisas qruplarına uyğun olaraq 5 vəya 6 fənn üzrə həyata keçirilir:
    Daha ətraflı

Rus bölməsində hazırlaşan abituryentlərin Azərbaycan dili (Dövlət dili) fənni üzrə hazırlığı

Kaspi Abituriyent şöbəsində rus bölməsi üzrə 8-ci, 9-cu, 10-cu, 11-ci sinif şagirdlərinin və ötən ilki məzunların Azərbaycan dili (Dövlət dili) fənni hazırlığı təşkil olunur. Bildiyimiz kimi tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan 9-cu və 11-ci sinif şagirdləri buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən də ayrıca imtahan verirlər və şagirdlərin həmin imtahandan topladıqları bal da onların təhsil sənədinə yazılır.
Daha ətraflı

Kaspi Məktəbli (Azərbaycan və Rus bölmələri üzrə V-VIII sinif şagirdlərinin hazırlığı)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qəbul etdiyi Milli Kurikulumun standart və tələbləri əsasında aparılır və tədris müddəti ərzində şagirdlərdə lazımi bilik və bacarıqlar formalaşdırılır.  Həmçinin, proqram  gələcəkdə buraxılış imtahanları üçün möhkəm təməl biliklər verir. Tədris proqramı böyük pedaqoji təcrübəsi olan peşəkar mütəxəssislər tərəfindən tərtib olunub. Dərslər 3 fənn Azərbaycan (Rus) dili, Riyaziyyat və Xarici dil (İngilis və Rus dilləri) üzrə keçirilir. 
Daha ətraflı

Müəllimlərin İşə Qəbul (MİQ) və Sertifikasiya imtahanına hazırlığı

Kaspi Abituriyent kurslarında Azərbaycan və Rus bölmələri üzrə namizədlər üçün Müəllimlərin İşə Qəbulu (MİQ) və Sertifikasiya imtahanna hazırlıq da həyata keçirilir. Bildiyimiz kimi test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunur (cəmi: 60 sual). Onu da qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən Dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq.
Daha ətraflı

Onlayn Resurslar

Müasir dünyada Texnologiyalar inkişaf etdikcə Distant (Onlayn) Təhsil artıq olduqca aktuallaşmışdır. Kaspi Abituriyent  Kursları da öz fəaliyyətində müasir texnolgiyalardan istifadə edir və yeni xidmət olaraq ölkə vətəndaşlarına təqdim edir. 

Şagirdlər və abituiriyentlər Distant (Onlayn) Təhsil üsulları və alətləri ilə Respublikamızın istənilən yerindən və istədikləri vaxt tədris prosesinə qoşula bilir, bilik və bacarıqlar qazanır və daim aktiv olurlar. Bu işin həyata keçirilməsində “Zoom” proqramı və “Google Classroom” təhsil platformasından istifadə edilir. Bu təhsil alətləri ilə bağlı bütün əməkdaşlarımız, müəllimlərimiz, valideynlərimiz və şagirdlərimiz üçün video təlimatlar hazırlayıb artıq sizlərə təqdim etmişik. Müəllimlərimiz “Zoom” proqramı ilə canlı dərs keçir, “Google Classroom” vasitəsilə dərs materialları – konspektlər, video izahlar, tapşırıqlar, kuiz və sınaqlar abituriyentlərimizə göndərilir, müəllimlər dərslərlə bağlı qeydlərini edir. Müəllimlərimizin fəaliyyəti dərsin keyfiyyətli təşkilinə, məzmun və materialların çeşidli olmasına və şagirdlər üçün səmərəli öyrənmə mühitinin yaradılmasına yönəlmişdir. 

Onlayn resurslarımız:

  • “Kaspi Online Təhsil TV” youtube kanalı – orta məktəb şagirdləri və eləcə də ali məktəblərə Buraxılış və Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün onlayn resurs - video dərs və izahlarla zəngindir. Burada I-XI sinif şagirdləri və məzunlar orta məktəblərdə tədris olunan bütün fənlər üzrə dərslərə peşəkar müəllimlərin təqdimatında baxa bilərlər və daim onlardan itsifadə edə bilərlər.
    Link: https://www.youtube.com/channel/UC8UdrJ0uc3X350-MIeIhZcg 

  • “Kaspi TEST” Com layihəsi – Respublikamızın istənilən ərazisindən, rayon və şəhərindən şagirdlər və abituriyentlər Kaspi Sınaqlarında iştirak edə, öz bilik və bacarıq səviyyələrini ölçə bilərlər. Bunun üçün onlar aşağıdakı sayta müraciət edir, qeydiyyatdan keçir və Onlayn Sınaq imtahanında iştirak edə bilirlər.
    Link:  http://kaspitest.com  

  • “KASPİ LMS” layihəsi – Bu layihəmiz Təhsil Müəssisəsi-Müəllim-Valideyn-Şagird əlaqəsini qurulması və idarəolunması həyata keçirmək məqsədilə hazırlanmışdır və tədris prosesinin Onlayn Menecment sistemidir.
    Link: http://kaspilms.com

  • Valideynlərimiz  şagirdlər  haqqında bütün məlumatları bu sistem vasitəsilə alır. Nəticədə valideynlər, övladlarının fəaliyyətini  birə-bir təqib etmə imkanını əldə edirlər. Bundan başqa müəyyən periodlarla reallaşdırılan valideyn yığıncaqlarında  sinif rəhbərləri, bütün fənn müəllimləri ilə görüşərək övladlarının dərslərdəki performanslarını, davranışlarını öyrənirlər. 
    Daha ətraflı

Sınaq İmtahanları

Kaspi Abituriyent mərkəzlərimizdə təhsil alan şagirdlərin bilik və bacarıqlarını ölçməklə yanaşı, Bakı, Gəncə, Sumqayıt və Respublikamızın digər bölgələrində yaşayan abituriyenlərə öz bilik və bacarıqlarını qiymətləndirmək üçün Sinaq imtahanları təşkil edilir.

Sınaq imtahanların növlərinə aiddir:

  1. Azərbaycan və rus bölmələri üzrə 9-cu, 10-cu, 11-ci sinif şagirdləri və məzunlar üçün Buraxılış Sınaq imtahanları (BSİ)
  2. Azərbaycan və rus bölmələri üzrə 9-cu, 10-cu, 11-ci sinif şagirdləri və məzunlar üçün Mövzu Sınaq İmtahanları (MSİ)
  3. Rus bölməsi üzrə 8-ci, 9-cu, 10-cu, 11-ci sinif şagirdlərinin və məzunlar üçün Azərbaycan dili (Dövlət dili) Sınaq İmtahanları
  4. Azərbaycan və rus bölmələri üzrə 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci sinif şagirdləri üçün Fənlər Sınaq İmtahanları (F
  5. Azərbaycan və rus bölmələri üzrə Müəllimlərin İşə Qəbul (MİQ) imtahanına hazırlaşan namizədlər üçün Sınaq İmtahanları
  6. Onlayn Sınaq İmtahanları (kaspitest.com)

Bu imtahanlarda abituriyentlər həm imtahan təcrübəsi əldə edirlər, həm də imtahan nəticələrinə əsasən öz bilik və bacarıqlarının səviyyəsi barədə dəqiq məlumat alırlar hədəflərinə nə dərəcəd yaxınlaşdırqlarını öyrənirlər. Eyni zamanda IX-XI siniiflər üzrə Sınaq İmtahnlarında abituriyentlər imtahan suallarının video-izahi ilə tanış olurlar. 
Daha ətraflı

Kaspi Abituriyentin bugünədək olan nailiyyətləri:
 
  • Kaspi Abituriyentlərinin ali məktəblərə qəbul olma göstəricisi: 2018/19-cu il üzrə 98%
  • 700 bal toplamış tələbələrin sayı:
    2 nəfər – Vahab Cəbrayılov (I qrup) və Nərmin Balakişiyeva (IV qrup)
    Firudddin Heydərov – (I qrup) 695 bal 
    2019-cu il Əsmər Hacızadə I qrup üzrə Respublika cempionu
  • 600-dən yuxarı bal toplamış tələbələrin sayı: 375 nəfər
  • Prezident təqaüdçüsü adını almış tələbələrin sayı: 38 nəfər

Kaspi Abituriyentin uğurlarının əsas səbəbləri:

Qazanılan hər il uğurun arxasında uzun illərin zəhməti, böyük bir əzm və istək, buna müvafiq olaraq çalışma və fəaliyyət durur.

  • Doğru çalışmaq yollarını və test işləmə texnikasını öyrədən, effektiv tədris proqramını və ölçmə-qiymətləndirmə sistemini hazırlayan, imtahana hazırlıqla bağlı dərsliklərin hazırlanması sahəsində böyük təcrübəyə malik peşəkarlardan ibarət komanda
  • Qısa müddət ərzində qəbul imtahanına səmərəli hazırlığı təmin edən dərsliklər, test bankları və əlavə tədris materialları
  • İstedadlı abituriyentlərin maksimum nəticə əldə etmələrini təmin etmək məqsədilə təşkil olunmuş xüsusi "Dərəcə qrupu"
  • Abituriyentlərin imtahana psixoloji hazırlığını da əhatə edən il boyu keçilən mövzuların "Təkrarlama" proqramı, eyni zamanda onların boş vaxtlarının səmərəli keçirilməsi və istirahətlərinin düzgün və planlı şəkildə olması məqsədilə təşkil edilən gəzintilər və sosial layihələr

Kaspi Abituriyentin üstünlükləri:

  • Kaspi Abituriyent Kurslarında təhsil alan şagirdlərin qazandığı yüksək nəticələr.
  • Doğru çalışmaq yollarını və test işləmə texnikasını öyrədən, böyük təcrübəyə malik peşəkarlardan ibarət komanda – müəllim heyəti
  • Videohəllərlə və izahları ilə birlikdə hər ay Keçirilən Sınaq İmtahanları
  • İstedadlı abituriyentlərin maksimum nəticə əldə etmələrini təmin etmək məqsədilə təşkil olunmuş xüsusi "Dərəcə qrupu"
  • Abituriyentlərin imtahana psixoloji hazırlığını da əhatə edən il boyu keçilən mövzuların "Təkrarlama" proqramı,
  • Valideyn və abituriyentlərin vaxtı-vaxtında düzgün və dəqiq məlumatlandırılması, ortaya çıxan məqamlarla bağlı doğru qərarların alınması və inkişaf dinamikasının izlənməsi üçün Sistem (Kaspi LMS)
  • Onlayn Tədris resurslarına çıxış imkanları
  • Zəngin təcrübə

Kaspi Abituriyentin müəllimləri:

Kaspi Abituriyent Kurslarında  öz müəssisələrinə müəllimlərin işə qəbuluna xüsusi diqqət yetirilir. Belə ki, 3 mərhələdən - fənn üzrə biliklərin test yoxlanması, açıq dərs və müsahibə mərhələlərindən ibarət seçim turundan uğurla keçən müəllimlər müəssisələrimizdə çalışmaq imkanı qazanır.

Kaspi Abituriyent hazırlığı kurslarında tədrisin effektli təşkil olunması üçün, hər fənn üzrə ayrı-ayrı bölmələr yaradılmışdır. Bölmələrə ayrı-ayrı fənlər üzrə ekspertlər rəhbərlik edir. Hər bir fənn üzrə dərslərin keçirilmə mexanizmi, biliyin bütün mərhələlərdə yoxlanılması, qiymətləndirilməsi sxemi işlənib hazırlanırmışdır.

Dövlət İmtahan Mərkəzinin ekspert qruplarında calışan fənn rəhbərləri və müəllimlərimiz DİM təlim və seminarlarında  imtahan suallarının standartlarının müəyyən olunması və testlərin  tərtibatı ilə bağlı müzakirələrdə iştirak edərək fəallıq göstərir, qəbul imtahanları ilə əlaqədar qəbul olunan yeniliklər və dəyişikliklər  haqqında ən etibarlı məlumatları operativ şəkildə əldə edir və şagirdlərimizə  aşılayırlar.

Kaspi Abituriyentin vəsaitləri:

Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Abituriyent öz müəllimlərimiz  ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik olan alim və pedaqoqlar, DİM-in ekspert qruplarında calışan peşəkar mütəxəsislərlə birlikdə, abituriyentlərin buraxılış və qəbul imtanlarına (fənn blokları üzrə) səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir.

Bu nəşrlərin daha bir üstünlüyü ondan ibarətdir ki, mövzular sadə dildə yazılmış, lakonik şəkildə təqdim olunmuş, eyni zamanda hər il  DİM və Təhsil Nazirliyində baş verən yeniliklər  bütün vəsaitlərimizdə öz əksini tapmışdır. Hər bir nəşrimiz ali məktəbə qəbul olmaq istəyən abituriyentlərə mövcud proqram üzrə biliklərin daha asan yollarla mənimsədilməsi məqsədilə tərtib olunmuşdur.

Bizim nəşrlərdən faydalanan, bizə etimad göstərən hər kəsə öz təşəkkürümüzü bildiririk!

GÜZƏŞT və ENDİRİMLƏR

Kaspi Abituriyent hazırlığı kurslarına Qəbul imtahanlarında iştirak edən şagirdlər topladıqları ballara uyğun olaraq Güzəşt və Endirim imkanları qazanırlar. Belə ki, Kaspi Abituriyentin ümumi qəbul imtahan nəticələrinə əsasən ÖDƏNİŞSİZ və ya sərfəli şərtlərlə təhsil almaq imkanı qazanırlar.

Cari ildə VII, VIII və IX sinifdə təhsil alan şagirdlər üçün Güzəşt və Endirim imkanları aşağıdakı kimidir:

Bal Güzəşt
601-700 75%
551-600 50%
501-550 40%
451-500 35%
401-450 30%
301-400 25%
201-300 20%
101-200 15%
0-100 10%

Cari ildə X sinifdə təhsil alan şagirdlər üçün Güzəşt və Endirim imkanları aşağıdakı kimidir:

Bal Güzəşt
651-700 100%
601-650 75%
551-600 50%
501-550 40%
451-500 35%
401-450 30%
351-400 25%
251-350 20%
151-250 15%
0-150 10%