Kaspi Abituriyentin müəllimləri

Kaspi Abituriyentin müəllimləri:

Kaspi Abituriyent Kurslarında  öz müəssisələrinə müəllimlərin işə qəbuluna xüsusi diqqət yetirilir. Belə ki, 3 mərhələdən - fənn üzrə biliklərin test yoxlanması, açıq dərs və müsahibə mərhələlərindən ibarət seçim turundan uğurla keçən müəllimlər müəssisələrimizdə çalışmaq imkanı qazanır.

Kaspi Abituriyent hazırlığı kurslarında tədrisin effektli təşkil olunması üçün, hər fənn üzrə ayrı-ayrı bölmələr yaradılmışdır. Bölmələrə ayrı-ayrı fənlər üzrə ekspertlər rəhbərlik edir. Hər bir fənn üzrə dərslərin keçirilmə mexanizmi, biliyin bütün mərhələlərdə yoxlanılması, qiymətləndirilməsi sxemi işlənib hazırlanırmışdır.

Dövlət İmtahan Mərkəzinin ekspert qruplarında calışan fənn rəhbərləri və müəllimlərimiz DİM təlim və seminarlarında  imtahan suallarının standartlarının müəyyən olunması və testlərin  tərtibatı ilə bağlı müzakirələrdə iştirak edərək fəallıq göstərir, qəbul imtahanları ilə əlaqədar qəbul olunan yeniliklər və dəyişikliklər  haqqında ən etibarlı məlumatları operativ şəkildə əldə edir və şagirdlərimizə  aşılayırlar.