Sınaq İmtahanları

Sınaq İmtahanları

Kaspi Abituriyent mərkəzlərimizdə təhsil alan şagirdlərin bilik və bacarıqlarını ölçməklə yanaşı, Bakı, Gəncə, Sumqayıt və Respublikamızın digər bölgələrində yaşayan abituriyenlərə öz bilik və bacarıqlarını qiymətləndirmək üçün Sinaq imtahanları təşkil edilir.

Sınaq imtahanların növlərinə aiddir:

  1. Azərbaycan və rus bölmələri üzrə 9-cu, 10-cu, 11-ci sinif şagirdləri və məzunlar üçün Buraxılış Sınaq imtahanları (BSİ)
  2. Azərbaycan və rus bölmələri üzrə 9-cu, 10-cu, 11-ci sinif şagirdləri və məzunlar üçün Mövzu Sınaq İmtahanları (MSİ)
  3. Rus bölməsi üzrə 8-ci, 9-cu, 10-cu, 11-ci sinif şagirdlərinin və məzunlar üçün Azərbaycan dili (Dövlət dili) Sınaq İmtahanları
  4. Azərbaycan və rus bölmələri üzrə 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci sinif şagirdləri üçün Fənlər Sınaq İmtahanları (F
  5. Azərbaycan və rus bölmələri üzrə Müəllimlərin İşə Qəbul (MİQ) imtahanına hazırlaşan namizədlər üçün Sınaq İmtahanları
  6. Onlayn Sınaq İmtahanları (kaspitest.com)

Bu imtahanlarda abituriyentlər həm imtahan təcrübəsi əldə edirlər, həm də imtahan nəticələrinə əsasən öz bilik və bacarıqlarının səviyyəsi barədə dəqiq məlumat alırlar hədəflərinə nə dərəcəd yaxınlaşdırqlarını öyrənirlər. Eyni zamanda IX-XI siniiflər üzrə Sınaq İmtahnlarında abituriyentlər imtahan suallarının video-izahi ilə tanış olurlar.

İmtahan nəticələri www.kaspi.edu.az saytında elan olunur. İmtahan nəticələri elan olunduqdan sonra məsul şəxslər, müəllimlərimiz, nəticələri analiz edib abituriyentin son sınaqdakı qazandığı nəticə ilə iştirak etdiyi bütün sınaqlardakı nəticəni müqayisə edərək, göstərdiyi irəliləməni müəyyən edir, hər hansı bir sahədə problem aşkar edilidiyi zaman isə, bununla bağlı həll təkliflərini təqdim edirlər. İmtahan analiz sistemimizdəki tələblər, tətbiq və nəzəri əsaslı müvəffəqiyyətləri təyin edir, əskikləri müəyyənləşdirir, bu isə öz növbəsində şagirdlərə həll edə bilmədiyi imtahan suallarının özləri üçün aydınlaşdırılmasında böyük köməklik etmiş olur. Bütün bunlar təyin olunandan sonra əlaqədar əməkdaşlar tərəfindən görüləsi işlər ardıcıllığı planlanlaşdırılaraq, nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyət planı hazırlanır.