Onlayn Resurslar

Müasir dünyada Texnologiyalar inkişaf etdikcə Distant (Onlayn) Təhsil artıq olduqca aktuallaşmışdır. Kaspi Abituriyent  Kursları da öz fəaliyyətində müasir texnolgiyalardan istifadə edir və yeni xidmət olaraq ölkə vətəndaşlarına təqdim edir.

Şagirdlər və abituiriyentlər Distant (Onlayn) Təhsil üsulları və alətləri ilə Respublikamızın istənilən yerindən və istədikləri vaxt tədris prosesinə qoşula bilir, bilik və bacarıqlar qazanır və daim aktiv olurlar. Bu işin həyata keçirilməsində “Zoom” proqramı və “Google Classroom” təhsil platformasından istifadə edilir. Bu təhsil alətləri ilə bağlı bütün əməkdaşlarımız, müəllimlərimiz, valideynlərimiz və şagirdlərimiz üçün video təlimatlar hazırlayıb artıq sizlərə təqdim etmişik. Müəllimlərimiz “Zoom” proqramı ilə canlı dərs keçir, “Google Classroom” vasitəsilə dərs materialları – konspektlər, video izahlar, tapşırıqlar, kuiz və sınaqlar abituriyentlərimizə göndərilir, müəllimlər dərslərlə bağlı qeydlərini edir. Müəllimlərimizin fəaliyyəti dərsin keyfiyyətli təşkilinə, məzmun və materialların çeşidli olmasına və şagirdlər üçün səmərəli öyrənmə mühitinin yaradılmasına yönəlmişdir.

Onlayn resurslarımız:

  • “Kaspi Online Təhsil TV” youtube kanalı – orta məktəb şagirdləri və eləcə də ali məktəblərə Buraxılış və Qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün onlayn resurs - video dərs və izahlarla zəngindir. Burada I-XI sinif şagirdləri və məzunlar orta məktəblərdə tədris olunan bütün fənlər üzrə dərslərə peşəkar müəllimlərin təqdimatında baxa bilərlər və daim onlardan itsifadə edə bilərlər.
    Link: https://www.youtube.com/channel/UC8UdrJ0uc3X350-MIeIhZcg
  • “Kaspi TEST” Com layihəsi – Respublikamızın istənilən ərazisindən, rayon və şəhərindən şagirdlər və abituriyentlər Kaspi Sınaqlarında iştirak edə, öz bilik və bacarıq səviyyələrini ölçə bilərlər. Bunun üçün onlar aşağıdakı sayta müraciət edir, qeydiyyatdan keçir və Onlayn Sınaq imtahanında iştirak edə bilirlər.
    Link:  http://kaspitest.com 
  • “KASPİ LMS” layihəsi – Bu layihəmiz Təhsil Müəssisəsi-Müəllim-Valideyn-Şagird əlaqəsini qurulması və idarəolunması həyata keçirmək məqsədilə hazırlanmışdır və tədris prosesinin Onlayn Menecment sistemidir.
    Link: http://kaspilms.com

Valideynlərimiz  şagirdlər  haqqında bütün məlumatları bu sistem vasitəsilə alır. Nəticədə valideynlər, övladlarının fəaliyyətini  birə-bir təqib etmə imkanını əldə edirlər. Bundan başqa müəyyən periodlarla reallaşdırılan valideyn yığıncaqlarında  sinif rəhbərləri, bütün fənn müəllimləri ilə görüşərək övladlarının dərslərdəki performanslarını, davranışlarını öyrənirlər.

Kaspi Abituriyent hazırlığı kurlarında təhsil almaq istəyən hər bir şagird və abituriyent qeydiyyatdan keçdikdən sonra, müəssisənin daxili nizam-intizam qaydaları, tədris fəaliyyətləri ilə bağlı ətraflı məlumatlandırılır. Bunun ardınca müvafiq sinif-qruplara yerləşdirilir, dərs cədvəli ilə təmin olunur. Qeyd olunan tarixdə və saatda abituriyentlər dərslərə başlayırlar.

Məsul əməkdaşlarımız nizamlı olaraq aparılan yoxlamalar sayəsində dərsə davam etməyən, ev tapşırıqlarını yerinə yetirməyən  şagirdləri  müəyyənləşdirərək həm abituriyentlərlə, həm valideynlərlə  ünsiyyət yaradırlar. Səbəblər araşdırılaraq, əsaslı səbəbi olan şagirdlərin əskik qalan mövzularını, problemlərini  kompensasiya etməsi təmin edilir. Şüurlu  olaraq dərslərə davam etməmə, fəaliyətsizlik aşkarlanarsa və bu vəziyyət xroniki (davamlı) hal almışsa bununla əlaqədar olaraq şagird və valideynlərlə   görüşülür, problem təhlil edilərək, lazımi qərarların icrası təmin  edilir
Eyni zamanda Tələbələrlə iş Şöbəsi tərəfindən şagirdlərimizin, fərdi xüsusiyyətlərini, iş vərdişlərini, ətraf və ailəylə əlaqələrini,  problemlərini müəyyən edən testlər tətbiq olunur. Bu sorğular analiz olunaraq  müəyən edilmiş tədbirlər həyata keçirilir.

Eyni zamanda Peşəkar mütəxəsislər tərəfindən  şagird nailiyətlərini yaxşılaşdırmaq məqsədilə valideyn və abituriyentlərə  müxtəlif mövzularda təlimlər verilir.

Bundan əlavə olaraq Kaspi Abituriyent Kurslarında təhsil alan abituriyentlərə ilkin ixtisas seçimində  və Aliməktəblərə qəbul imtahlarındakı nəticələrinə əsasən universitet kodlaşdırılması zamanı Kaspi Abituriyent Kurslarında fəaliyət göstərən ekspertlər tərəfindən hər cür peşəkar dəstək verilir.