MİQ imtahanına hazırlıq

Müəllimlərin İşə Qəbul (MİQ) və Sertifikasiya imtahanına hazırlığı

 

Kaspi Təhsil Mərkəzində Azərbaycan və Rus bölmələri üzrə namizədlər üçün Müəllimlərin İşə Qəbulu (MİQ) və Sertifikasiya imtahanına hazırlıq  həyata keçirilir. Bildiyimiz kimi test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim stratergiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunur (cəmi: 60 sual). 

Kursun başlama tarixi – 1 dekabr, bitmə tarixi – imtahanı tarixindən 2 gün əvvələ qədər müəyyən olunmuşdur. Qrupda olan iştirakçıların sayı 8-14 nəfər təşkil edir. Dərslər ixtisas fənni və kurikulum fənləri üzrə həftədə 2 dəfə 1,5 saat olmaqla keçirilir və ümumilikdə, ibtidai siniflər  və filologiya ixtisasları üçün həftədə 9 saat, digər ixtisaslar üçün isə həftədə 6 saatlıq dərs cədvəli müəyyən olunur. İl ərzində 4 dəfə Mövzu və Ümumi Sınaq imtahanları, eləcə də hər ay Daxili Qiymətləndirmə imtahanları da təşkil olunur. 

Xidmət üzrə təhsil haqqı:

İbtidai siniflər və Filologiya ixtisası üçün

(3 fənn paket olaraq)

Digər ixtisaslar üçün

(2 fənn paket olaraq)

Azərbaycan bölməsi – 180 AZN

Rus bölməsi – 200 AZN

Azərbaycan bölməsi – 140 AZN

Rus bölməsi – 160 AZN

 

 

QEYD: Namizədlər yalnız 1 fənn(ixtisas fənnini və ya kurikulumu) seçimi də edə bilər.

Noyabrın 1-dən etibarən kursa qeydiyyat başlayır və noyabrın 30-na kimi qeydiyyatdan keçənlər endirim edillir. Qeydiyyat Kaspi 28 May filialında aparılır.

Kaspi MİQ və Sertifikasiya imtahanına hazırlıq kurslarının üstünlüyü:

  • mükəmməl tədris proqramı

  • təcrübəli müəllim heyəti

  • dərslərin anlaşılan, dəqiq və ətraflı izahı

  • mövzular üzrə qiymətləndirmə imtahanları

  • güzəşt və endirim imkanı

  • Kaspi Liseyləri və Kaspi Təhsil Mərkəzlərində işə qəbul olmaq fürsəti