Kaspi Məktəbli

Kaspi Məktəbli (Azərbaycan və Rus bölmələri üzrə V-VIII sinif şagirdlərinin hazırlığı)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin qəbul etdiyi Milli Kurikulumun standart və tələbləri əsasında aparılır və tədris müddəti ərzində şagirdlərdə lazımi bilik və bacarıqlar formalaşdırılır.  Həmçinin, proqram  gələcəkdə buraxılış imtahanları üçün möhkəm təməl biliklər verir. Tədris proqramı böyük pedaqoji təcrübəsi olan peşəkar mütəxəssislər tərəfindən tərtib olunub. Dərslər 3 fənn Azərbaycan (Rus) dili, Riyaziyyat və Xarici dil (İngilis və Rus dilləri) üzrə keçirlir. 

Dərslər kiçik qruplarda tədris olunur Proqram haqda detallı məlumat aşağıdakı kimidir:

Dərs qrafiki həftədə üç gün səhər və günorta növbəsi olmaqla 10:00-14.20 və ya 15:00-19:20

Həftəlik dərs yükü 6 saat

Qrupda şagird sayı  6-10 nəfər

Öyrənilmiş biliklərin ölçülməsi məqsədilə hər ay daxili qiymətləndirmı imtahanı və əlavə olaraq  il ərzində 4 dəfə Mövzu və Ümumi Sınaq imtahanları

Kaspi məktəbli proqramı nə üçün lazımdır?

  • Şagirdlərə mövzuların izahı və öyrəndikləri biliklərin testə tətbiq edilməsi ilə bağlı bütün sualların ətraflı şəkildə cavablandırılması

  • Yeni tipli testlərdən istifadə olunması və şagirdlərdə bu tip çalışma və tapşırıqlarla işləmə bacarığının yaradılması

  • Şagirdlərlə bağlı məlumatların (şagirdlərin davamiyyəti, nizam-intizamı, dərsə hazırlığı, qiymətləndirmə imtatahanlarının nəticələri və s.) valideynlərə mütəmadi şəkildə çatdırılması

  • Ortaya çıxan bütün məsələlərdə müəllim-şagird-valideyn əməkdaşlığının effektli təşkili, kursun bu prosesdə körpü rolunu oynaması

  • Hər bir şagirdə ayrıca diqqət yetirilməsi və onların bilik və bacarıqlarına uyğun dərslərin təşkili

  • Şagirdlərin qazandıqları biliklərini mütəmadi olaraq imtahanlar vasitəsilə qiymətləndirilməsi, Milli Kurikulum standart və tələblərinə cavab verən qiymətləndirmə üsulunun tətbiqi, qiymətləndirmə imtahanlarının nəticələrinin analiz edilməsi, şagird və valideynlərin məlumatlandırılması və nəticələrə uyğun olaraq növbəti qərarların qəbul olunması

  • Şagirdlərin öyrəndikləri biliklərin onların orta məktəbdəki nailiyyətinə də gətirib çıxarması

  • Şagirdləri yüksək diqqət və qayğı göstərən kurs personalının və müəllim heyətinin mövcud olması

  • Şagirdlər üçün güzəşt və endirimlərin olması

  • Dərslərin 9-cu sinif buraxılş imtahanlarına hazırlıq üçün baza rolunu oynaması və təməl bilgilərin verilməsi