Rus bölməsi üçün Azərbaycan dili

Rus bölməsində hazırlaşan abituryentlərin Azərbaycan dili (Dövlət dili) fənni üzrə hazırlığı

Kaspi Abituriyent şöbəsində rus bölməsi üzrə 8-ci, 9-cu, 10-cu, 11-ci sinif şagirdlərinin və ötən ilki məzunların Azərbaycan dili (Dövlət dili) fənni hazırlığı təşkil olunur. Bildiyimiz kimi tədris Azərbaycan dili istisna olmaqla, digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan 9-cu və 11-ci sinif şagirdləri buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən də ayrıca imtahan verirlər və şagirdlərin həmin imtahandan topladıqları bal da onların təhsil sənədinə yazılır.

Kursun başlama tarixi – sentyabr ayı, bitirmə tarixi – imtahanı tarixindən 2 gün əvvələ qədər müəyyən olunmuşdur. Qrupda olan iştirakçıların sayı 6-13 nəfər təşkil edir. Dərslər müəssisə rəhbərliyinin təyin etdiyi şəkildə həftədə 2 gün 1 saat və ya 1 gün 2 saat olmaqla səhər (10:00-14:20) və ya günorta (15:00-19:20) növbələrində keçirilir (1 dərs ssatı 60 dəqiqə - tam 1 saat təşkil edir). İl ərzində 4 dəfə Mövzu və Ümumi Sınaq imtahanları, eləcə də hər ay Daxili Qiymətləndirmə imtahanları da təşkil olunur. Xidmət üzrə təhsil haqqı 8-ci və 9-cu siniflər üçün 50 AZN, 10-cu və 11-ci siniflər üçün isə 60 AZN-dir. Kurs Kaspi Elmlər və Kaspi Əhmədli filiallarında mövcuddur.