Liseydə Müəllimlərin Peşə Bayramı qeyd olunub
Müəllim yalnız bilik öyrədən deyil, eyni zamanda gələcəyə yol göstərən, şəxsiyyət formalaşdıran və şagirdlərdə ümid yaradan önəmli bir peşə sahibidir.
Kaspi Bakıxanov liseyində müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, liseylər üzrə baş direktor Sahil Əliyev və Kaspi Bakıxanov liseyinin direktoru Namik Cümşüdov çıxış edərək müəllimləri peşə bayramları münasibəti ilə təbrik edib, xoş arzularını bildiriblər.
.jpeg)
Çıxışlar zamanı müəllimlik peşəsinin cəmiyyətin və gələcək nəslin formalaşmasındakı mühüm rolundan bəhs olunub.
.jpeg)
Pedaqoji kollektivin zəhməti və fədakarlığı qeyd edilib, müəllimlərə bu şərəfli və məsuliyyətli yolda uğurlar arzulanıb: “Müəllim yalnız bilik öyrədən deyil, eyni zamanda gələcəyə yol göstərən, şəxsiyyət formalaşdıran və şagirdlərdə ümid yaradan önəmli bir peşə sahibidir”- deyə qeyd olunub.


Tədbir müəllimlər üçün bayram əhval-ruhiyyəsi ilə davam edib. Peşə bayramı münasibətilə təşkil olunan görüş pedaqoji kollektivin əməyinə verilən dəyərin ifadəsi olmaqla yanaşı, müəllimlərin bir araya gəlməsi baxımından da əlamətdar olub.
Kaspi.edu.az