"Süni İntellekt" dərnəyinin təqdimatı
Gələcəyin bacarıqları məktəbdən başlayır
Kaspi Bakıxanov liseyinin 8, 9, 10 və 11-ci sinif şagirdləri üçün müasir texnologiyalarla tanışlıq və gələcəyin bacarıqlarının məktəb yaşlarından formalaşdırılması məqsədilə təqdimat keçirilib.
.jpg)
Təqdimat Data Science Academy ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq “Süni İntellekt” dərnəyinə həsr edilib. Görüş zamanı şagirdlərə süni intellekt, müasir texnologiyalar və bu sahədə mövcud inkişaf imkanları haqqında ətraflı məlumat verilib.

Təqdimatın əsas məqsədi şagirdlərdə müasir texnologiyalara marağın artırılması, rəqəmsal və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onları gələcəyin peşə və bacarıqlarına erkən yaşlardan hazırlamaqdır.

Tədbir zamanı şagirdlərin sualları cavablandırılıb, “Süni İntellekt” dərnəyinin fəaliyyəti və iştirak imkanları barədə məlumat verilib.
Gələcəyin texnologiyalarını öyrənmək, yeni bacarıqlar qazanmaq və süni intellekt dünyasına ilk addımı atmaq üçün bu dərnək şagirdlərə yeni imkanlar yaradacaq.
Kaspi.edu.az