XƏBƏRLƏR

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Kaspi Təhsil Şirkəti ölkəmizin bütün müəllim kollektivini bu münasibətlə təbrik edir, işlərində uğurlar arzulayır!

Hər il oktyabrın 5-i dünyanın bir çox ölkəsində Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Bu əlamətdar gün müəllimlərin cəmiyyətin inkişafında və gələcək nəsillərin yetişdirilməsində mühüm roluna diqqət çəkmək, onların əməyini qiymətləndirmək məqsədi daşıyır.

Beynəlxalq Müəllimlər Günü 1994-cü ildən qeyd edilir. Günün əsasında UNESCO və Beynəlxalq Əmək Təşkilatının 1966-cı ildə qəbul etdiyi “Müəllimlərin statusu haqqında” tövsiyə dayanır.

Müəllimlər bu gün münasibətilə təbrik edilir, onların təhsilə və cəmiyyətə verdiyi töhfələrə görə təşəkkür ifadə olunur.

Kaspi Təhsil Şirkəti ölkəmizin bütün müəllim kollektivini bu münasibətlə təbrik edir, işlərində uğurlar arzulayır!

Bayramınız mübarək, əziz müəllimlər!

Kaspi.edu.az

 

 

03.10.2026