XƏBƏRLƏR

Kaspi Liseyində innovasiya və rəqəmsal təhsil imkanları müzakirə olunub

Əsas diqqət rəqəmsal səriştələrin inkişafı, texnologiya sahəsində istedadlı şagirdlərin dəstəklənaməsi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarına yönəlib.

Kaspi Ağ Şəhər liseyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova və Rəqəmsal təhsil və istedadlarla iş şöbəsinin müdiri Hafiz Tofidi ilə görüş keçirilib.

2026–2027-ci tədris ilini “İnnovasiyalar ili” elan edən təhsil müəssisəsində baş tutan görüşdə əsas diqqət rəqəmsal səriştələrin inkişafı, texnologiya sahəsində istedadlı şagirdlərin dəstəklənməsi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanlarına yönəlib.

Görüş çərçivəsində agentlik rəsmiləri İT sahəsində fərqlənən, müxtəlif layihə və startap ideyaları üzərində çalışan şagirdlərlə yaxından tanış olublar. Liseylilərin innovativ ideyalarını dinləyən qonaqlar gələcək inkişaf və tətbiq imkanları barədə onlarla fikir mübadiləsi aparıblar.

Müzakirələrin yekununda təhsil, texnologiya və innovasiya ekosisteminin birgə əməkdaşlığının şagirdlər üçün yeni perspektivlər yaradacağı vurğulanıb.

Kaspiliseyi.az

23.09.2026