18 Sentyabr – Milli Musiqi Günüdür
Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur
18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli Fərmanı ilə bu gün ölkə miqyasında qeyd edilir.
Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. Əlamətdar yubiley münasibətilə Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində silsilə mədəni tədbirlər keçirilir.

Kaspi Təhsill Şirkəti Milli Musiqi Günü münasibətilə Azərbaycanın musiqi mədəniyyətinin inkişafına, zənginləşməsinə, beynəlxalq səviyyədə tanıdılmasına və qorunmasına töhfə verən hər kəsi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır.
Kaspi.edu.az