XƏBƏRLƏR

15 sentyabr – Bilik Günüdür

Bu gün Azərbaycanda təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.

Azərbaycanda 15 sentyabr Bilik Günü kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik Günü” kimi qeyd olunur.

Kaspi.edu.az bildirir ki, Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır. Bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahələrdən biri hesab edilir.
Kaspi Təhsil Şirkətinin bütün müəssisələri ölkə təhsilinə öz töhfəsini uğurla verməkdə davam edir.

Kaspi Təhsil Şirkəti bütün müəllimləri, şagird və valideynləri 15 sentyabr - Bilik Günü münasibətilə təbrik edir və yeni-yeni nailiyyətlər arzulayır!

Kaspi.edu.az

 

15.09.2026