Məktəbdə ilk addım
Liseydə yeni tədris ilinə xüsusi tədbirlə start verilib
Kaspi Ağ Şəhər liseyinin İbtidai korpusunda yeni tədris ilinin başlanması və məktəbəqədər hazırlıq qrupları ilə I sinif şagirdlərinin təhsil mühitinə adaptasiyasının dəstəklənməsi məqsədilə xüsusi tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi məktəb həyatına ilk dəfə qədəm qoyan uşaqlar üçün pozitiv və xoş emosional mühit formalaşdırmaq, onların yeni sosial və təhsil mühitinə daha rahat uyğunlaşmasına şərait yaratmaq, eyni zamanda məktəbə münasibətdə müsbət motivasiya və maraq hissini gücləndirmək olub.
.jpg)
Tədbir çərçivəsində uşaqların yaş xüsusiyyətləri və psixoloji ehtiyacları nəzərə alınaraq müxtəlif əyləncəli proqramlar təqdim edilib.
Animatorların iştirakı ilə keçirilən interaktiv çıxışlar məktəblilərin xüsusi marağına səbəb olub.
Rəngarəng obrazlar, musiqili təqdimatlar, əyləncəli oyunlar və uşaqların fəal iştirakını təmin edən interaktiv elementlər tədbirə xüsusi dinamika qatıb.
Kaspi.edu.az