Yuxarı siniflər üçün yeni tədris ili başladı
Liseydə yaradılan səmimi atmosfer şagirdlərin tədris prosesinə daha yüksək əhval-ruhiyyə ilə başlamalarına şərait yaradıb.
Kaspi Bakıxanov liseyində 9-11-ci sinif şagirdləri üçün yeni tədris ilinin ilk dərs günü keçirilib.
.jpeg)
Sentyabrın 1-də liseyə gələn şagirdlər müəllimləri və lisey rəhbərliyi tərəfindən səmimi və xoş əhval-ruhiyyə ilə qarşılanıblar. Doğma təhsil ocağına yenidən qayıdan şagirdlər üçün təşkil olunan bu qarşılanma ilk gündən onlara müsbət enerji və yüksək motivasiya bəxş edib.
.jpeg)
Yeni tədris ilinin ilk günü şagirdlər üçün həm müəllimləri və sinif yoldaşları ilə yenidən görüşmək, həm də qarşıdakı tədris mərhələsinə yeni hədəflərlə başlamaq baxımından xoş təəssüratlarla yadda qalıb.

Liseydə yaradılan səmimi atmosfer şagirdlərin tədris prosesinə daha yüksək əhval-ruhiyyə ilə başlamalarına şərait yaradıb.

Kaspi Təhsil Şirkəti liseyin bütün müəllim və şagird kollektivini yeni tədris ili münasibəti ilə təbrik edir və yeni nəaliyyətlər arzulayır!
Kaspiliseyi.az