İmtahanların nəticələri 2 həftə sonra elan ediləcək
Düzgün cavabları müvafiq hiperkeçidlərdən əldə edə bilərlər
Kaspi.edu.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, 5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanların nəticələri 2 həftə sonra elan ediləcək.
"İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər",- deyə DİM-inm mətbuat xidmətindən bildirilib.
.jpg)
Kaspi.edu.az