XƏBƏRLƏR

Buraxılış imtahanında ən yaxşı nəticə göstərən özəl məktəb- Kaspi Liseyi!

Qeyd olunan nəticələr üzrə məktəbin orta bal göstəricisi 227.36 bal təşkil edir.

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı rəsmi nəticələrə əsasən, buraxılış imtahanlarında hər üç fənn üzrə birlikdə yüksək nəticə göstərən məktəblər sırasında Kaspi Liseyi də yer alıb.
Bu göstərici yalnız bir statistik rəqəm deyil, illərdir formalaşan tədris keyfiyyətinin, müəllim heyətinin peşəkarlığının və şagirdlərin məqsədyönlü hazırlığının real nəticəsidir.

Qeyd olunan nəticələr üzrə məktəbin orta bal göstəricisi 227.36 bal təşkil edir.

Biz bu uğuru yalnız bir nailiyyət kimi deyil, gələcəyə atılan daha böyük addımların başlanğıcı kimi görürük. Hər bir şagirdin əldə etdiyi nəticə arxasında dayanan böyük bir komandanın birgə zəhmətinin, inamının və davamlı inkişaf strategiyasının təzahürüdür.


Bu qürurverici nəticədə əməyi keçən bütün müəllimlərimizi, şagirdlərimizi və valideynlərimizi təbrik edirik!

Əlaqə:
(055) 515 78 78
 www.kaspi.edu.az

Kaspi.edu.az

 

29.06.2026