XƏBƏRLƏR

Qəbul -Təqaüd İmtahanında yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb

Kaspi Liseyi kollektivi bütün mükafatçı və finalçı şagirdləri təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni uğurlar arzulayır.

Kaspi Liseyində 17 may tarixində keçirilən Qəbul–Təqaüd İmtahanında yüksək nəticə göstərən, eləcə də RFO və RFM-in final mərhələsində iştirak edən şagirdlər üçün mükafatlandırma tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi şagirdlərin akademik uğurlarını dəyərləndirmək, onların gələcək nailiyyətləri üçün motivasiyasını artırmaq olub.

Qəbul-Təqaüd İmtahanının nəticələrinə əsasən:

  • 3 şagird 100% təqaüd,
  • 4 şagird 75% təqaüd,
  • 2 şagird 50% təqaüd,
  • 10 şagird isə 25% təqaüd qazanıb

Bununla yanaşı, Respublika Fənn Olimpiadaları (RFO) və Respublika Fənn Müsabiqələrinin (RFM) final mərhələsində iştirak edən 14 finalçı şagirdin hər birinə 750 AZN məbləğində təhsil haqqı güzəşti təqdim olunub.

Tədbirdə çıxış edənlər şagirdlərin əldə etdiyi uğurların onların əzmkarlığının, müəllimlərin peşəkar fəaliyyətinin və valideyn dəstəyinin nəticəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Kaspi Liseyi şagirdlərin akademik potensialının inkişaf etdirilməsi, onların müxtəlif olimpiada və müsabiqələrdə uğurlu iştirakının təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

Kaspi Liseyi kollektivi bütün mükafatçı və finalçı şagirdləri təbrik edir, onlara gələcək təhsil həyatlarında yeni uğurlar arzulayır.

 

 

Qəbul və qeydiyyat haqqında ətraflı məlumatı Kaspi Liseyi rəsmi saytı vasitəsilə əldə etmək mümkündür.

Kaspi.edu.az

 

19.06.2026