XƏBƏRLƏR

3 Qızıl, 3 Gümüş, 2 Bürünc medal

Şagirdlərimiz Türkiyədə keçirilən nüfuzlu İMSEF Olimpiadasından medallarla qayıdıblar

Kaspi Ağ Şəhər liseyinin şagirdləri Türkiyədə keçirilən nüfuzlu İMSEF (International Mediterranean Science and Engineering Fair) Olimpiadasında uğurlu nəticələr əldə ediblər.


Şagirdlərimiz beynəlxalq elm yarışında müxtəlif istiqamətlər üzrə ölkəmizi təmsil edərək yüksək nəticələr göstəriblər. Biologiya kateqoriyası üzrə 3 qızıl medal, Kimya kateqoriyası üzrə 3 gümüş medal, Fizika kateqoriyası üzrə isə 2 bürünc medal qazanılıb.
Liseydən verilən məlumatda bildirilir ki, bu nəticələr şagirdlərin elmi-tədqiqat bacarıqlarının, analitik düşüncə qabiliyyətinin və innovativ yanaşmalarının yüksək səviyyədə formalaşdığını nümayiş etdirir. Onların əldə etdikləri uğurlar gələcək elmi fəaliyyətləri üçün mühüm motivasiya kimi qiymətləndirilir.


Uğurların qazanılmasında müəllimlərin dəstəyi də xüsusi vurğulanıb. Biologiya üzrə layihələrin hazırlanmasına və elmi rəhbərliyə görə Həsən Həsənova, Kimya üzrə Aygün Məmmədovaya, Fizika üzrə isə Kəmalə Ağasıyevaya təşəkkür bildirilib.


Kaspi Ağ Şəhər liseyi şagirdlərinin beynəlxalq arenada əldə etdikləri nailiyyətlərin gələcəkdə daha böyük uğurlar üçün zəmin yaradacağına əmindir.
Şagirdlərimizə gələcək bilik yarışlarında uğurlar arzulayırıq!


Kaspi.edu.az

16.06.2026