Kaspi Kids və LIBRAFF-dan Uşaqlar Gününə özəl kampaniya
Layihə 7-yaşına qədər uşaqları əhatə edəcək
Bakıda 1 Iyun Beynəlxalq Uşaqlar Günü münasibətilə həyata keçirilən sosial təşəbbüs çərçivəsində Kaspi Kids və LIBRAFF tərəfindən uşaqlara 5 000 ədəd rəngləmə kitabçası təqdim olunacaq.

Kaspi Kids-dən verilən məlumata görə, kampaniya 1 iyun tarixindən etibarən başlayır və ay boyunca davam edəcək. Valideynlər və uşaqlar rəngləmə kitabçalarını LIBRAFF-ın filiallarından pulsuz şəkildə əldə edə biləcəklər. Layihə 7-yaşına qədər uşaqları əhatə edəcək.
Layihənin məqsədi uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, onların dünyasına daha çox rəng qatmaq və Uşaqlar Gününü daha yaddaqalan etməkdir.
Kaspi.edu.az