"Gələcəyin memarları"
Kaspi Liseyi 2025/2026-cı ilin məzunlarını yola saldı
“Güclü məktəb güclü təməldən başlayır. Bu təməlin möhkəmliyini keçmişimizin ustad memarlarından öyrənirik. Belə bir təməl üzərində təlim-tədris fəaliyyətimizi yürüdərək nəailiyyətlərə imza atır, ölkəmizin təhsil siyasətinə töhfə verir və gələcəyin uğurlu gənclərini yetişdiririk...”

Kaspi Liseyinin “Gələcəyin Memarları” Yekun Hesabat tədbiri və Məzun Günündə səslənən bu fikirlər təhsil müəssisəsinin keçdiyi uğurlu yola və cari tədris ilində qazanılan uğurlara nəzər salmaq üçün əsl platformaya çevrildi.
.jpg)
Heydər Əliyev Sarayında keçirilən təntənəli mərasimdə Azərbaycanın Dövlət Himni səsləndi. Vətən torpaqlarının azadlığı uğrunda şəhid olan oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad olundu.
2025/2026-cı tədris ilində liseyin təlim-tədris ili, qazanılan uğurlarla bağlı Hesabat videosu Kaspi Liseyi ailəsinin qürurla dolu tədris ilini ekrana gətirdi.
Tədbirin aparıcıları qeyd etdilər ki, Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması Liseydəki təhsil və tədris mühiti üçün sözün əsil mənasında motivasiya olub: “Biz də təhsillə təməl qurur və onun üzərində bina ucaldırıq. Təməl üçün zirvə sadəcə bir nöqtə deyil. Bu zirvəni fəth etmək, ona doğru yol əsasdır. Kaspi ailəsi bu yolda uğurla irəliləyir”.
Ulu Öndər: “Təhsil millətin gələcəyidir!”

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva məzunları və onların valideynlərini təbrik edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin gələcəyin qurucularını yetişdirdiyini bildirdi: “Bu il dövlət başçımız İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Biz də təhsil müəssisəsi olaraq gələcəyin memarlarını yetişdirir və ölkəmizin təhsil siyasətinə öz töhfəmizi veririrk. Bu təməl üzərində kərpic-kərpic bina ucaldırıq. Bu proses qlobal müstəvidə davam edir”. Təsisçi Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikirlərini fəaliyyətlərində prioritet istiqamət seçdiklərini bildirdi: “Təhsil prosesi təkcə akademik biliklərlə məhdudlaşmır. Biz böyük Kaspi ailəsi olaraq hər zaman istər akademik uğurlarımızla, həm də sosial fəaliyyətlərimizlə dövlətimizin uğuru, müstəqilliyimizin və milli dəyərlərimizin daim möhkəm olması üçün səylə çalışırıq. Liseyimiz beynəlxalq bilik yarışlarında, dünya səviyyəli turnirlərdə uğurlar qazanmaqla yanaşı, sosial məsuliyyət layihələrində də fəal iştirak edir”.

Təsisçi cari ilin uğurlarına diqqət yönəldərək bildirdi ki, 2014-cü ildə fəaliyyətə başlayan Kaspi Liseyi bu günə qədər 409 məzun yola salıb: “Şagirdlərimiz beynəlxalq və respublika əhəmiyyətli bilik yarışlarından 538 medal qazanıblar ki, onlardan 81-i Qızıl medallardır. Bu il liseyin şagirdləri nüfuzlu bilik yarışlarından 7-si Qızıl olmaqla 59 medal qazanıblar. Bu uğurların arxasında sonsuz zəhmət, gecə-gündüz çalışmaq durur. Bu uğurlar bizə RFO-da iştirak etməyə imkan verdi. Kaspi Liseyi özəl təhsil müəssisələri arasında 1-ci, ümumrespublika məktəbləri siyahısında 3-cü yerdədir”. S.Vəliyeva liseyin müəllimlərinə minnətdarlığını ifadə etdi: “Bu nəailiyyətlərin əldə olunmasında liseyin müəllimlərinin əməyi böyükdür. Hər bir uğurlu gələcəyin təməlində müəllim qəlbinin istiliyi, müəllim zəhmətinin izləri, müəllim biliyinin nuru dayanır”.

S.Vəliyeva qeyd etdi ki, liseyin məzunları dünyanın reytinqli universitetlərində oxumaqla yanaşı, ölkəmizin nüfuzlu ali məktəblərində də təhsil alırlar: “Kaspi Liseyi təhsil və tədris siyasətində ümumbəşəri və milli dəyərləri əsas götürərək mütərəqqi fikirli və vətənpərvər şagirdlər yetişdirir. Biz milli-mənəvi ruhlu, hər bir ailənin və cəmiyyət üzvünün arzuladığı şəxsiyyət yetişdirməyə çalışırıq”. Təsisçi qeyd etdi ki, hazırda Kaspi liseylərində 44 şəhid övladı təhsil alır: “Onlar bizə əmanətdir. Biz bu əmanəti göz bəbəyimiz kimi qoruyuruq”. S.Vəliyeva cari ilin məzunlarına uğurlar arzuladı: “Sizin qazanacağınız uğurlar bizim uğurumuzdur. Biz sizinlə fəxr edirik. Yolunuz açıq olsun!”
.jpg)
Bədii rəngarənglik
Tədbirdə liseyin Elm, İncəsənət və İdman sahəsindəki yarışlarda 1-2 və 3-cü yer uğrunda medallar qazanan şagirdləri səhnəyə dəvət olunaraq Lisey rəhbərləri – Həsən Həsənov, Cahid Hüseynov, Renata Novruzova və Rəsul Ağayev tərəfindən mükafatlandırıldılar. III İdeya müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi də sevincli anlarla əbədiləşdi.
.jpg)
“Gələcəyin Memarları” möhtəşəm proqram və səhnə kompozisiyaları, müxtəlif məna yükü daşıyan səhnələrlə yadda qaldı. “Təməl mesajı”, “Pəncərə mesajı”, “Milli ruh və irs mesajı”, “Körpü mesajı” və “Zirvə mesajı” və s. başlıqlar altında təqdim olunan səhnəciklər Kaspi Ağ Şəhər, Kaspi Bakıxanov liseylərinin və Beynəlxalq Məktəbin şagird, müəllim və yaradıcı kollektivlərinin iştirakı ilə nümayiş olundu.

Səhnədə memar və şagird dialoqu, pantomim tamaşası, xor çıxışları, milli irsi əks etdirən rəqs kompozisiyaları, canlı musiqi ifaları və vətənpərvərlik ruhunda xüsusi təqdimatlar iştirakçılara xoş anlar bəxş etdi. Beynəlxalq Məktəbin əcnəbi müəllim və şagirdlərin ifasında müxtəlif dillərdə səslənən fikirlər alqışlarla qarşılandı.





Vətənə sədaqət andı
Gecənin ən həyacanlı anı bu ilin məzunlarının səhnəyə dəvət olunması oldu.

Bu an gənclərin yaddaşına ömürlük yazılaraq onlara və zaldakı auditoriyaya unudulmaz anlar yaşatdı.

Məzunlar səhnədə yer alandan sonra ənənəvi “Bayraq təhvilvermə” mərasimi keçirildi. Liseyin Azərbaycan dili və Ədəbiyyat bölmə rəhbəri Ülvi Bağırovun ifasında səslənən üçrəngli Bayrağımıza həsr olunan şeir zalı coşdurdu. Məzunlar müqəddəs Bayrağımızı liseyin növbəti tədris ilinin 11-ci sinif şagirdlərinə təhvil verdilər. 11-cilər Bayrağımızı göz bəbəyi kimi qoruyacaqlarına and içdilər.
.jpg)


Sonda məzunlarla xatirə şəkli çəkildi.


.jpg)





Kaspi Təhsil Şirkəti 2025/2026-cı ilin bütün məzunlarına uğurlar arzulayır!
Kaspi.edu.az