XƏBƏRLƏR

Qurban bayramınız mübarək!

Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Kaspi.edu.az xəbər verir ki, üç səmavi dinin - Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı durur. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. 

Kaspi Təhsil Şirkəti xalqımızı Qurban Bayramı münasibətiilə təbrik edir!
Kaspi.edu.az

27.05.2026