Kaspi Abituriyent Məktəbində "Erkən qəbul- Güzəşt imtahanı"
Kaspi Abituriyent Məktəbi modeli şagirdin “məktəb + hazırlıq” arasında parçalanmasını aradan qaldırır.
15 Mart 2026-cı il tarixində Azərbaycan və rus bölmələri üzrə 7-ci, 8-ci, 9-cu və 10-cu sinif şagirdləri üçün “Erkən qəbul- Güzəşt imtahanı” keçiriləcəkdir. Abituriyent Məktəbindən Kaspi.edu.az-a verilən məlumata görə, bu imtahan həm şagirdlər üçün real qiymətləndirmə imkanı, həm də valideynlərin qərarvermə prosesinə dəstək baxımından strateji əhəmiyyət daşıyan bir kampaniyadır. Bu kampaniyanın uğurla nəticələnməsi isə bütün şirkət əməkdaşlarının vahid dəstəyi ilə mümkündür.
Kaspi Abituriyent Məktəbi haqqında
Kaspi Abituriyent Məktəbi modeli şagirdin “məktəb + hazırlıq” arasında parçalanmasını aradan qaldırır. Belə ki, bu paraçalanma şagirdin vaxt resursunu, diqqətini və enerjisini bölür, gündəlik rejimi pərakəndələşdirir və tədris prosesində ardıcıllığı zəiflədir. Biz isə təhsili vahid idarə olunan sistemdə birləşdirərək şagirdin gündəlik rejimini optimallaşdırır, gediş-gəliş və vaxt itkisini minimuma endirir, yüklənməni balanslaşdırır və hazırlıq prosesini ölçmə–analiz–geridönüş əsasında daha nəzarətli, daha rahat və nəticəyönümlü hala gətiririk.

Kaspi Abituriyent Məktəbi bütün hazırlığı bir mərkəzdə və vahid proqram çərçivəsində birləşdirir: şagird Buraxılış və Blok imtahanlarına sistemli şəkildə hazırlaşır. Eyni zamanda, Kaspi Abituriyent Məktəbi şagirdləri tədris ilinin sonunda rəsmi dövlət sənədi olan ATTESTAT əldə edir. Beləliklə, valideyn və şagird “ayrı-ayrı ünvanlar, ayrı-ayrı sistemlər” arasında parçalanmır; təhsil prosesi vahid idarəetmə, vahid məsuliyyət və vahid nəticə prinsipi ilə həyata keçirilir.
Ətraflı məlumat və qeydiyyat üçün
Kaspi Abituriyent Məktəblərinin ünvanları və əlaqə nömrələri aşağıdakı kimidir:
1 saylı Əhmədli Tədris Korpusu:
· Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)
· Əlaqə nömrəsi: (070) 370 74 05
2 saylı Gəncə Tədris Korpusu
· Ünvan: Azərbaycan bayrağı küçəsi 124 (GDU 2-ci korpusun yanı)
· Əlaqə nömrəsi: (070) 276 01 81
Əməkdaşlarımız Sizi məktəblərimiz barədə ətraflı məlumatlandıracaq.
.png)
Kaspi.edu.az