Qadınlar və Qızlar Elmdə
Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün məqsədi 2030-cu ilədək heç bir qadını elmdən kənar saxlamamaqdır.
Fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi qadınların və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində rolunun nə qədər vacib olduğunu cəmiyyətə xatırlatmaqdır.
Kaspi.edu.az xəbər verir ki, Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2015-ci dekabrın 22-də qəbul etdiyi qətnaməsi ilə təsis olunub və o vaxtdan bəri gender bərabərliyinin elmdə təşviqi üçün mühüm platformaya çevrilib.

2026-cı ildə bu əlamətdar gün “Baxışdan təsirə: Gender fərqini aradan qaldıraraq STEM-i yenidən müəyyən etmək” mövzusuna həsr olunub. Məqsəd elmdə hər kəs üçün daha açıq, daha ədalətli və daha inklüziv mühit formalaşdırmaqdır.
Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün məqsədi 2030-cu ilədək heç bir qadını elmdən kənar saxlamamaqdır.
BMT-nin Baş katibi Antonio Quterreş bu gün münasibətilə dünya ictimaiyyətinə ünvanladığı müraciətdə bildirib ki, elmdə bərabərlik bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət daşıyır.
Azərbaycanda son illərin statistik göstəriciləri elm sahəsində qadınların, xüsusilə də gənc tədqiqatçıların rolunun sürətlə artdığını və gender bərabərliyi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu təsdiqləyir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son illərdə ali təhsil müəssisələrinə qəbul olan qızların sayı oğlanları üstələməyə başlayıb. Dövlətimiz tərəfindən təhsilin müasir tələblərə uyğunlaşdırılması istiqamətində uğurlu addımlar atılır. Qızların təhsilinə dəstək layihələri çərçivəsində minlərlə tələbə qız müxtəlif tədqiqat və inkişaf proqramlarında iştirak edib.
Kaspi Təhsil Şirkətinin təhsil müəsisələri də öz növbəsində qızlarımızın yaxşı təhsil almasına, elm yolunda irəliləməsinə öz töhfəsini verməkdədir.
Kaspi.edu.az