25 şagirdimiz yarımfinalda!
Ağ Şəhər liseyinin şagirdlərindən möhtəşəm nəticə
Kaspi Ağ Şəhər liseyinin şagirdləri Respublika Fənn Olimpiadasında (RFO) möhtəşəm nəticə göstəriblər.

Liseydən verilən məlumata görə, Ağ Şəhər liseyi üzrə 25 şagird Olimpiadanın yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

Kaspi Təhsil Şirkəti yarışmanın yarımfinal mərhələsində iştirak edəcək şagirdlərimizi təbrik edir və onlara növbəti yarışda uğurlar arzulayır!
Kaspiliseyi.az