XƏBƏRLƏR

Həmrəylik Günü və Yen İl bayramı

Kaspi Təhsil Şirkəti kollektivin bayramını təbrik etdi

Kaspi Təhsil Şirkəti 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirib. Gecədə təhsil müəssisəsinin müəllim və rəhbər heyəti iştirak edib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səslənib. Şəhidlərimizin xatirəsi yad edilib.

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva çıxış edərək bütün tədbir iştirakçılarını təbrik edib. Hamıya yeni ildə uğur, ölkəmizə əmin-amanlıq arzulayıb: “Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının birləşməsinə təkan verən güclü bir amilə çevriib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına töhfə verməyi özünün mənəvi borcu sayır. Kaspi Təhsil Şirkətinin kollektivi də Azərbaycanda təhsilin inkişafı, övladlarımızın milli ruhda layiqli və müasir dünyanın tələblərinə uyğun vətəndaş olaraq yetişməsi istiqamətində öz töhfəsini verməkdədir.

Hamının bayramı mübarək!”

Şirkətin baş icraçı direktoru Elşən Əliyev də kollektivə ürək sözlərini söyləyərək bayramlarını təbrik edib.

Bayram tədbiri əyləncəli oyunlar, şən mahnı və rəqslərlə yadda qalıb.

Kaspi.edu.az

22.12.2025