XƏBƏRLƏR

Kaspi Liseyi şagirdlərinin SAF-2025-də möhtəşəm uğuru!

Kaspi Bakıxanov liseyinin şagirdləri Robokids kateqoriyasında ən yüksək nəticələr qazanıblar. 

Kaspi.edu.az xəbər verir ki, SAF 2025-in Robokids kateqoriyasının birinci mərhələsində ümumilikdə 180 komanda mübarizə aparıb. Şagirdlər Rəqəmsal Bacarıqlar, Dünyagörüşü və Məntiq fənlərindən imtahan verərək növbəti mərhələyə yüksəlmək üçün yarışıblar. Bu çətin seçim mərhələsində yalnız 32 komanda ikinci mərhələyə vəsiqə qazanıb.

Böyük qürur və sevinc hissi ilə qeyd edirik ki, həmin komandalar arasında Kaspi Bakıxanov liseyinin 4 komandası da yer alıb.

Sea Divers – I yer

5C sinif şagirdi - Miryusif Seyidov

D1 sinif şagirdi - Gülay Cümşüdzadə

Sea Guard – II yer

5C sinif şagirdi - Səid Əliyev

5C sinif şagirdi  - Nəzrin Abbasova

Ocean Wave – III yer

 5C sinif şagirdi - Dəniz Şükürzadə

 D3 sinif şagirdi - Banu Eyvazova

 Ocean Tide – II yer

 5C sinif şagirdi - Xədicə Mustafayeva

 5B sinif şagirdi - Arda Məmmədov

Bu sevindirici nəticə şagirdlərimizin zəhmətinin, düşüncə mədəniyyətinin və texnoloji bacarıqlarının gözəl göstəricisidir. Onları, eləcə də əməyi keçən bütün müəllimlərimizi səmimi-qəlbdən təbrik edirik!

Kaspi Təhsil Şirkəti SAF-25 yarışmasında uğur qazanan bütün şagirdlərimiz və müəllimləri təbrik edir və gələcək yarışmalarada uğurlar arzulayır!

Uğurlarınız daim olsun!

Kaspi.edu.az

20.11.2025