XƏBƏRLƏR

Kaspi Kids "Qızıl Payız" adlı rəsm sərgisinə dəvət edir

Sərgidə uşaqların rəngarəng əl işləri və fərdi yaradıcılıq nümunələri nümayiş olunacaq.

Xətai Sənət Mərkəzində Kaspi Kids-in “Qızıl Payız” adlı rəsm sərgisi keçiriləcək. 21 noyabrda baş tutacaq tədbirdə uşaqların rəngarəng əl işləri və fərdi yaradıcılıq nümunələri nümayiş olunacaq.

Kaspi Kids-dən verilən məlumata görə, sərgi boyunca balaca rəssamlar öz çıxışları ilə tədbirə əlavə rəng qatacaq, payız mövzusunda hazırladıqları işləri qonaqlara təqdim edəcəklər: “Sərgiyə qatılan qonaqlar uşaqların çəkdiyi rəsmlərlə yaxından tanış olmaq, onların yaradıcı baxışını və sənətə olan marağını hiss etmək imkanı əldə edəcəklər. “Qızıl Payız” sərgisi uşaqların  istedadını və zəhmətini nümayiş etdirmək üçün gözəl bir fürsətdir”.

Qeyd edək ki, bu, Kaspi Kids-in təşkil etdiyi 2-ci rəsm sərgisidir.

Kaspi.edu.az

 

19.11.2025