XƏBƏRLƏR

18 sentyabr Milli Musiqi Günüdür

2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 18 sentyabr tarixi Milli Musiqi Günü olaraq təsis edilib.

Milli Musiqi Günü Azərbaycanın musiqi mədəniyyətini və bu sahədəki irsini qeyd etmək məqsədilə hər il 18 sentyabrda keçirilir. Bu tarix Azərbaycanın musiqi mədəniyyətinin inkişafı, qorunması və təşviqi baxımından müstəsna əhəmiyyətə malik bir bayramdır.

Bu gün Azərbaycanın görkəmli musiqiçi və bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədardır. Dahi bəstəkarın musiqi sahəsindəki əvəzsiz töhfələrini yad etmək məqsədi ilə bu tarix hər il bayram kimi qeyd edilir.  Üzeyir Hacıbəyli Azərbaycanın milli musiqi mədəniyyətinin qurucularından biridir. Bəstəkarın əsərləri milli musiqimizin inkişafında mühüm rol oynayır.
Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsi Maestro Niyazinin ideyasıdır. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Ənənəvi olaraq bu günü Azərbaycan Dövlət Konservatoriyasının önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyi ilə bəstəkarın əsərlərini ifa edərdi.

2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 18 sentyabr tarixi Milli Musiqi Günü olaraq təsis edilib.
Milli Musiqi Günü geniş ictimaiyyətin Azərbaycan musiqisinin zənginliyi, müasir inkişafları və tarixi barədə maarifləndirilməsi üçün bir yarixdir. Həmin gün musiqi festivalları, konsertlər və müxtəlif musiqi tədbirləri ilə qeyd olunur. Bu tədbirlərdə Azərbaycanın müxtəlif musiqi janrları, klassik əsərlər və müasir kompozisiyalar səsləndirilir. Üzeyir Hacıbəylinin əsərləri və musiqi irsi barədə ətraflı məlumat verilir, tələbələrə və musiqiçilərə bu sahədə biliklərini artırmaq imkanı təqdim olunur. Milli Musiqi Günündə, media vasitəsilə Üzeyir Hacıbəylinin həyatı, əsərləri və Azərbaycan musiqisinin inkişafı barədə geniş məlumatlar təqdim olunur.

Kaspi.edu.az

 

18.09.2025