XƏBƏRLƏR

Liseyin müəllimləri ilə görüş

Ötən tədris ili ərzində həyata keçirilmiş fəaliyyətlərə dair ətraflı müzakirələr aparılıb

Kaspi Ağ Şəhər Liseyinin rəhbər və müəllim kollektivi ilə Kaspi Təhsil Şirkətinin İdarə Heyətinin görüşü keçirilib.

Kaspi.edu.az xəbər verir ki, görüşdə İH-nin sədri Sona Vəliyeva, Baş icraçı direktor Elşən Əliyev, liseylər üzrə baş direktor Sahil Əliyev və liseyin direktoru Həsən Həsənov iştirak edib.

Görüş çərçivəsində ümumilikdə ötən tədris ili ərzində həyata keçirilmiş fəaliyyətlərə dair ətraflı müzakirələr aparılıb, əldə olunmuş nailiyyətlər sistemli şəkildə təhlil olunub və əvvəlki illərlə müqayisədə daha yüksək nəticələrin əldə olunduğu vurğulanıb. “Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin intellektual, yaradıcı və sosial bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyəti xüsusi olaraq diqqətə çatdırıldı. Görüşün sonunda müəllim kollektivi yeni tədris ilinə yüksək motivasiya ilə başlamağa təşviq olundu”.

Kaspi Təhsil Şirkətinin rəhbərliyi liseyin kollektivinə yeni tədris ilində uğurlar arzulayıb.

Kaspi.edu.az

03.09.2025