XƏBƏRLƏR

Kaspi Abituriyent Məktəbinin rəsmi Açılış Günü keçiriləcək

İlk dərs günü başlayır

Sentyabrın 1-i, səhər saat 09:00-da Kaspi Abituriyent Məktəbinin 1 saylı Əhmədli Tədris Korpusunda yeni tədris ilinin başlanğıcı ilə bağlı ilk dərs günü və rəsmi Açılış Günü tədbiri keçiriləcək.

Kaspi Abituriyent Xidmətinin Rəhbəri Rəsul Ağayev  Kaspi.edu.aza bildirib ki, bu əlamətdar gündə Kaspi Təhsil Şirkətinin rəhbər heyəti, müəllimlər, valideynlər və şagirdlər bir araya gələrək yeni tədris ilinə start verəcəklər. “Sizi də bu xüsusi gündə yanımızda görməkdən böyük məmnuniyyət duyacağıq. Sizin iştirakınız tədbirimizə böyük dəyər və rəng qatacaqdır”-deyə Kaspi Abituriyent Məktəbinin dəvətində qeyd olunub.

Ünvan: Seyid Mirhəsən Ağa 1. (Təbrik Şadlıq evinin yaxınlığı, 3№-li Şahmat Məktəbinin yanı)

Əlaqə nömrəsi: (012) 370 74 05; (070)370 74 05

Kaspi.edu.az

28.08.2025