İxtisas seçimi başlayır
Boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq.
Kaspi.edu.az xəbər verir ki, avqustun 28-dən başlayaraq həmin yerlərə ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Kaspi.edu.az